Əsaslı kitabxana

AZTU-nun Əsaslı kitabxanasının elmi ədəbiyyat fondu yeni istifadəyə verilmiş binaya köçürülmüşdür. Yeni korpusda böyük fond və iki oxu zalı yerləşdirilmişdir. Tələbələr ücün "Texniki ədəbiyyatın oxu zalı" və müəllim-professor üçün elmi oxu zali.

Ətraflı

Sərəncamlar

“Azərbaycan dilində latin qrafikasi ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı Bakı şəhəri, 12 yanvar 2004 cü il Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası ..

Ətraflı

"Kitabxana işi haqqında" QANUN

Bu Qanun Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətininəsas prinsiplərini, kitabxana işinin və kitabxana sisteminin ümumi əsaslarını, kitabxana fondlarının formalaşdırılması və mühafizəsi tələblərini, kitabxanaların ...

Ətraflı

“Ali təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"

"Ali təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"nin və "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi" nin təsdiq edilməsi haqqında QƏRAR

Ətraflı

Kitabxananın fəaliyyətinin əsas istiqamətləri – Kitablar (əsasən dərsliklər ) və digər nəşr materialları və növləri üzrə fondların formalaşdırılması informasiyanın toplanması , mühafizə edilməsi , mövcud ədəbiyyatı və nəşr növlərini əhatə edən mükəmməl ənənəvi və elektron kataloq, kartoteka, elektron resurslar və biblioqrafik vəsaitlər sistemini yaratmaq , onun dinamik şəkildə inkişaf etdirilməsini təmin etməklə bu fondları tələbələrin və müəllim - professor heyətinin , digər oxucuların hərtərəfli istifadəsinə verməkdən ibarətdir.

Kitabxananın fondu 2015 il (dekabr ayına qədər) 459526 nüsxə təşkil etmişdir. Həmçinin kitabxananın fondunda müxtəlif dillərdə olan nadir ədəbiyyat nümunələri saxlanılır. Fondda əsasən texniki ədəbiyyat üstünlük təşdkil edir. Bununla yanaşı iqtisadiyyata, siyasətə, dövlət quruculuğuna, hüquqa, fəlsəfəyə, statistikaya, tarixə, ədəbiyyatşünaslığa və dilçiliyə dair ədəbiyyat elmi ədəbiyyat, bədii ədəbiyyatda vardır. Dövri mətbuat fondunda kitabxanaya daxil olan fonduna respublikamızda və digər ölkələrdə çap edilən 20 addan dən artıq qəzet, 30 addan yuxarı jurnal və digər dövri nəşrlər daxil olur. Kitabxanada fondun elektron nəşrlərlə komplektləşdirilməsi sahəsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə həm də kitabxanaya daxil olan nəşrlərin elekrton versiyasının da mütləq şəkildə olması əsas götürülür. İstər hədiyə kimi və istərsə də komplektləşdirmə yolu ilə kitabxanaya daxil olan nəşr növlərinin elektron versiyalarınıən imkan daxilində əldə edilməsi nəzərdə tutulub.

Səsli Kitabxana

Azərbaycan Texniki Universiteti

Tərəfdaş Kitabxanalar

Springer link

Polpred

Advancing Technology for Humanity

Scopus

Association for Computing Machinery

EBSCO

Müəlliflərin və Oxucuların nəzərinə

  • Hörmətli Müəlliflər!

    Siz öz əsərlərinizin elektron variantının AzTU –nun Əsaslı kitabxanasının “Elektron Kitablar” Verilənlər bazasında yerləşdirilməsini istəyirsinizsə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublıkası Qanununun 18-ci və 19-cü maddələrinə uyğun olaraq müəlliflik hüququ haqqında razılaşmanı imzalayıb, əsərinizi və razılaşmanın surətini aşağıdakı e-mail ünvanına göndərə bilərsiniz.
    library@aztu.edu.az

  • Qeydiyyat

    1. Kitabxanaya yazılmaq üçün şəxsiyyəti təsdiq edən sənəd və bir ədəd 3X4 ölçülü şəkil təqdim olunmalıdır.

    2. Kitabxananın Oxu zallarından istənilən oxucu şəxsiyyəti təsdiq edən sənəd təqdim edərək istifadə edə bilər.

Copyright ⓒ 2016 Azərbaycan Texniki Universiteti. Bütün Hüquqlar qorunur.