Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Atatürk Universitetində bir semestr təhsil almaq istəyənlərin nəzərinə!

Atatürk Universitetində bir semestr təhsil almaq istəyənlərin nəzərinə!

2023-12-04
745

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavr (yalnız 2-ci və 3-cü kurs) tələbələri “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində Türkiyənin Atatürk Universitetində 2023/2024-cü tədris ilinin yaz semestrində təqaüdlə təhsil ala bilərlər.

Mobillik aşağıda qeyd olunan sahələri əhatə edir:

· Kompüter mühəndisliyi

· Elektrik mühəndisliyi

· Mexanika mühəndisliyi

· Metallurgiya mühəndisliyi

Tələb olunan sənədlər:

· Ərizə formasının doldurulması (Application form)

· Transkript – minimum ÜOMG 75 (seçim zamanı ən yüksək orta balı olanlar üstünlük əldə edir)

· İngilis dili biliyi – minimum B2 səviyyədə (seçim zamanı sertifikatı olanlara üstünlük əldə edir)

“Erasmus+ KA171” mübadilə proqramında iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri erasmus@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix: 17.12.2023

Ünvan: AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq (Beynəlxalq əlaqələr şöbəsi)

E-poçt: erasmus@aztu.edu.az

Tel: (+994 12) 539 13 48