Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Atatürk Universitetində bir semestr təhsil almaq istəyənlərin nəzərinə!

Atatürk Universitetində bir semestr təhsil almaq istəyənlərin nəzərinə!

2024-05-01
480

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavr tələbələri “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Atatürk Universitetində 2024/2025 tədris ilinin payız semestrində təhsil almaq üçün müraciət edə bilərlər.    

Qeyd edək ki, mübadilə aşağıdakı ixtisaslar üçün nəzərdə tutulub:

· Kompüter mühəndisliyi

· Elektrik-elektronika mühəndisliyi

· Mexanika mühəndisliyi

· Metallurgiya və materiallar mühəndisliyi

İxtisaslar və fənlərlə bağlı ətraflı məlumatı linkə daxil olmaqla əldə edə bilərsiniz. 

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

- Bakalavr tələbəsi olmaq (1-ci və 2-ci kurs)

- Ərizə forması (Application Form)

- Transkript (ÜOMG minimum 75 bal)

- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B1 səviyyəsi) 

Mübadilə proqramında iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri erasmus@aztu.edu.az elektron poçt ünvanına mövzu hissəsində müraciət etdikləri universitetin adını qeyd etməklə göndərmələri xahiş olunur. 

· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

· IELTS sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.

· Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə müsahibə təşkil olunacaq. 

Müraciət üçün son tarix: 19.05.2024 

Əlaqə:

Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) 

E-poçt: erasmus@aztu.edu.az

Tel: (+994 12) 539 13 48