Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU 2023/2024-cü tədris ilində təkrar ali təhsil üçün sənəd qəbulu elan edir

AzTU 2023/2024-cü tədris ilində təkrar ali təhsil üçün sənəd qəbulu elan edir

2023-05-22
4190

Azərbaycan Texniki Universiteti  (AzTU) 2023/2024-cü tədris ilində təkrar ali təhsil (ödənişli) almaq üçün aşağıdakı ixtisaslarda əyani və qiyabi təhsil fomaları üzrə sənəd qəbulu elan edir:

 İxtisasların siyahısı

Sənədlərin qəbulu iki formada aparılır:

1.    Elektron formada

·   Sənəd qəbulu https://portal.edu.az/ portalı vasitəsilə həyata keçirilir. 

Aşağıdakı sənədlərin elektron surətinin sistemə daxil edilməsi tələb olunur:

 -Ali təhsil haqqında diplom və diplom əlavəsinin surəti

 -Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış  (my.gov.az  portalından istifadə edə bilərsiniz)

-   Şəxsiyyət vəsiqəsinin surəti

2.    Kağız formada

-   Rektorun adına ərizə (ərizə forması)  

-   Şəkil (3x4 ölçülü, 4 ədəd)   

-   Ali təhsil haqqında diplom və diplom əlavəsinin surəti (notarial qaydada təsdiqi)

-   Əmək kitabçasının surəti

-   Şəxsiyyət vəsiqəsinin surəti

-   CV (formaya uyğun )    

Ətraflı məlumat üçün:

    Şərəfxanım Əliyeva

    Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin müdir müavini

    Mob./Whatsapp: +994 70 478 09 93

    E-poçt :   ikincitehsil@aztu.edu.az

 Ünvan:

Təkrar ali təhsilə sənəd qəbulu 31 avqust 2023-cü il (şənbə, bazar və bayram günləri istisna olmaqla)  saat 10:00-dan 17:00-dək (Əsas tədris binası, mərtəbə 2, otaq 220, Azərbaycan Texniki Universiteti, H.Cavid prospekti 25) həyata keçirilir.

   Qeyd:  

·    1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

·     Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron və ya əyani qaydada təqdim etdikdən sonra müvafiq  tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanacaqlar.

·     Təhsil ödənişlidir.

·     Təhsil Azərbaycan və rus dillərində aparılır.