Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-da kargüzar vəzifəsi üzrə vakansiya elan olunur

AzTU-da kargüzar vəzifəsi üzrə vakansiya elan olunur

2023-10-26
1017

Azərbaycan Texniki Universitetinin (AzTU) Maliyyə və Təminat Departamentinə kargüzar vəzifəsi üzrə vakansiya elan olunur.

Tələblər:

- Müvafiq sahə üzrə ali təhsil;

- 3 ildən az olmayaraq iş təcrübəsi;

- Ms Office proqramları (Word, Excel, Power Point) üzrə biliklər;

- Dil bilikləri: rus, ingilis dili bilikləri üstünlük olaraq qəbul ediləcək;

- “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ı, Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq  kargüzarlıq işinin təşkili qaydalarını; Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericilik aktlarnı bilmək.

Əmək funksiyaları:

- Departamentin öz fəaliyyətini həyata keçirməsi ilə əlaqədar səndləşdirmə və sənədlərlə işi təşkil etmək;

- Daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaq;

- Departamentdaxili yığıncaqların protokollarının yazılmasını, onların vaxtında tərtibini, qəbul olunmuş qərarların göndərilməsini təmin etmək;

- Daxil və xaric olan sənədlərin, ərizə və şikayətlərin vaxtında icra edilməsinə nəzarət etmək;

- Sənədlərin icra müddətinə nəzarət etmək;

- Sənədlərin surətlərini çıxarmaq, çoxaltmaq işlərini həyata keçirmək;

- Sənədləri işlər üzrə müəyyən ardıcıllıqla sistemləşdirmək və arxivə təhvil vermək;

- Sənədləri saxlamaq və onlardan istifadə edilməsini təmin etmək;

- Kargüzarlıqda yaranan sənədlərin mərkəzləşmiş qeydiyyatını və qorunmasını təmin etmək;

- Rəhbərliyin digər tapşırıqlarını həyata keçirmək;

 Müraciət üçün son tarix: 03.11.2023

Maraqlanan şəxslərdən CV-lərini cv@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.