Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-da növbəti tələbə-rektor seçkisi keçiriləcək

AzTU-da növbəti tələbə-rektor seçkisi keçiriləcək

2023-02-28
555


Azərbaycan Texniki Universitetində (AzTU) növbəti tələbə-rektor seçkisi üçün namizədlərin qəbuluna başlanılır.

Tələbə-rektor universitetin bərabər hüquqlu ictimai idarəetmə orqanlarından biridir və “Azərbaycan Texniki Universitetinin tələbə-rektorunun seçkiləri və statusu haqqında əsasnamə”yə uyğun olaraq seçilir.

Bir il müddətinə seçilən tələbə-rektor ona verilən səlahiyyətlər daxilində AzTU-da təhsil alan tələbələrin maraqlarını təmsil edir.

Kimlər namizədliyini irəli sürə bilər?

· AzTU-da əyani təhsil alan (sonuncu kurs tələbələri istisna olmaqla) tələbələr;

· təhsil aldığı müddətdə akademik borcu olmayan tələbələr;

· fakültə və ya universitetin İntizam Komissiyası tərəfindən tənbehi olmayan tələbələr;

· ümumi orta müvəffəqiyyət göstəricisi 81 baldan yuxarı olan tələbələr.

Qeyd edək ki, namizədlərin qəbulu zamanı xarici dil biliyi olan tələbələrə üstünlük veriləcək.

Namizədlər aşağıdakı sənədləri seçki komissiyasına təqdim etməlidir:

· komissiyaya yazılı ərizə;

· namizədin anketi (CV);

· tələbə biletinin, yaxud universitetdə əyani təhsil aldığını sübut edən digər müvafiq sənədin surəti;

· oxuduğu müddətdə aldığı qiymətlər haqqında möhürlə təsdiqlənmiş akademik transcript.

Sənədlərin qəbulu 1-ci korpus, 311-ci otaqda həyata keçirilir.

Müraciət üçün son tarix: 10 mart 2023-cü il

Namizədliyi təsdiq olunmuş tələbələr haqqında universitetin professor-müəllim heyəti tərəfindən rəy toplanacaq.

Seçki ilk olaraq fakültələr üzrə keçirildikdən sonra Tələbə Senatı formalaşdırılacaq. Bundan sonra senat öz aralarından səsvermə yolu ilə bir nəfəri tələbə-rektor təyin edəcək.

Namizədliyini irəli sürən tələbələr əlavə məlumat üçün tələbə-rektor seçki komissiyasının sədri, Humanitar fənlər kafedrasının müdiri Həbib Mirrzəyevə (habib.mirzayev@aztu.edu.az) müraciət edə bilərlər.