Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-nun bakalavr və magistr tələbələrinin nəzərinə!

AzTU-nun bakalavr və magistr tələbələrinin nəzərinə!

2023-08-21
2784

Azərbaycan Texniki Universitetinin (AzTU) Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinə qrafik dizayner vəzifəsi üçün vakansiya elan olunur.

Vakansiyada yalnız AzTU-nun bakalavr və magistr tələbələri iştirak edə bilərlər.

Vəzifə öhdəlikləri:

· Mərkəzin vahid dizayn stilini formalaşdırmaq;

· Müxtəlif məzmun və ölçülərdə roll-up, baner, biznes və tələbə kartı, hesabatlar üçün səhifələr (ön-arxa hissə), informasiya vərəqi, buklet, təqdimat, ad lövhəsi, sertifikat və s. kimi təşviq materiallarını hazırlamaq.

Seçilən namizəd iki həftə sınaq müddətinə cəlb ediləcək. Sınaq müddətini uğulu başa vuran tələbə işə qəbul olunacaq.

Maraqlananlardan mükəmməl CV və portfelini (iş nümunələrini) 31 avqust 2023-cü il tarixinədək (daxil olmaqla) aynura.ismayilova@aztu.edu.az elektron poçt ünvanına “Dizayn vakansiyasına müraciət” başlığı ilə göndərmələri tələb olunur. 

Sınaq müddəti uğurlu olduqda iş qrafiki və rəsmiləşmə namizədin istəyinə uyğun olaraq formalaşdırılır. 

QEYD: Heç bir təcrübəsi olmayan, lakin yüksək bacarıqları olan namizədlər yuxarıda qeyd olunan iş öhdəliyinə uyğun ilkin dizayn nümunələrini təqdim edə bilər.

Namizədin şəxsi avadanlığının olması arzu olunandır.  

Qeyd olunan texniki tələblərə cavab verməyən və son tarixdən gec göndərilən müraciətlərə baxılmayacaq.