Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-ya qəbul olunanların nəzərinə!

AzTU-ya qəbul olunanların nəzərinə!

2023-08-31
1748

Azərbaycan Texniki Universitetinə (AzTU) qəbul olunan abituriyentlər 5 sentyabr saat 11:00-dan 14 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər.

portal.edu.az-da tələb olunan sənədlərin siyahısı:

 · Attestatın pdf (scan) variantı;

· Subbakalavr üçün diplomun və ya kolleci bitirmələri ilə bağlı arayışın pdf (scan) variantı;

· Hərbi biletin (bütün səhifələri) və ya ilkin hərbi qeydiyyata alınma haqqında (hərbi xidmətdə olmayanlar üçün) vəsiqənin (2-3 və 4-5-ci səhifələr) pdf (scan) variantı;

· Ödəniş qəbzinin (ödənişli əsaslarla təhsil alanlar üçün) pdf (scan) variantı;

· Təhsil haqqı güzəşti və təhsil haqqından azad olunmaq üçün sənədin pdf (scan) variantı;

· İxtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədin pdf (scan) variantı (yalnız xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına aiddir).

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd: Portal.edu.az-dan qeydiyyatdan keçdikdən sonra AzTU-ya təqdim olunacaq sənədlərin siyahısı

Təhsil tələbə kreditindən yararlanmaq istəyənlər üçün:

Təhsil Tələbə Krediti Fondunun məsul şəxsi

Aysel Hacıyeva - 0514081695

 

FAKÜLTƏLƏR ÜZRƏ MƏSUL ŞƏXSLƏRİN SİYAHISI

Nəqliyyat və logistika fakültəsi

Günel Məmmədli -  050 895 95 93

Energetika və avtomatika fakültəsi

Ədhəm Baharov - 055 516 60 44

Metallurgiya və materialşunaslıq fakültəsi

Rəna Əliyeva - 050 723 28 48

Maşınqayırma və robototexnika fakültəsi

Kamil Əliyev - 070 892 88 48

İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi

Ələkbər Əbilov - 055 795 06 28

Xüsusi texnika və texnologiyaları fakültəsi

Nurlan Hüseynov - 051 692 84 33

İqtisadiyyat və idarəetmə fakültəsi

Aysel Nurullayeva - 050 336 73 14

Qiyabi təhsil forması üzrə

Nemət Ələsgərli  070 804 01 95