Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Beynəlxalq layihələrin idarə olunması üzrə baş mütəxəssis vakansiyasına işçi qəbulu elan olunur

Beynəlxalq layihələrin idarə olunması üzrə baş mütəxəssis vakansiyasına işçi qəbulu elan olunur

2023-09-11
686

Əmək funksiyaları:

· Universitet daxili icra olunan layihələrin işçi qruplarının fəaliyyətini izləyir, müvafiq iclaslarda iştirak edir, məlumat və hesabatların yazılmasını və paylaşılmasını təmin edir.  

· Fəaliyyəti ilə bağlı mütəmadi hesabatlar hazırlayır, mövcud çətinliklərin və əngəllərin aradan qaldırılması üçün təklif və tövsiyələr təqdim edir. 

· Mövcud layihələrin işlənilməsi üçün zəruri məlumatları əldə edir, fəaliyyətləri planlaşdırır, fakültə və dekanlarla layihə üzrə işi təşkil edir, müvafiq mütəxəssisləri layihə üzrə fəaliyyətlərə cəlb edir, layihə planlamasına uyğun olaraq tələb olunan komponentlər üzrə hesabatları tələb və təqdim edir. 

· Beynəlxalq qrantların mövzusu ola biləcək universitet daxilində layihələrin müəyyən edilməsi və müvafiq mütəxəssisləri cəlb etməklə yazılmasını, xarici partnyorlarla əlaqələndirilməsini, tələb olunan qaydalar üzrə təqdim edilməsini təmin edir.  

· Universitetin struktur bölmələrinin layihələr üzrə fəaliyyətlərinin təşkili və əlaqədar kommunikasiyanın qurulması üçün müvafiq təklif və tövsiyyələrini hazırlayır.

· Beynəlxalq layihələrlə əlaqəli xarici tərəfdaşlarla əlaqələr qurur, görüşlər təşkil edir, yerli və xarici tədbirlərdə iştirak edir, layihə çərçivəsində həyata keçirilən səfərlərdə iştirak edən əməkdaşların ezamiyyə üçün tələb olunan sənədləşmə və hazırlıq işlərinə dəstək olur.

· Universitetin layihə fəaliyyəti, o cümlədən  yeni layihələrdə iştirak üzrə illik əsasda statistik məlumatların toplanması və baza məlumatın növbəti illərin məlumatları ilə müqayisəsini aparmaq və hesabatını verməyə dəstək göstərir.

· Şöbənin öhdəliyində olan digər işlərin vaxtında və keyfiyyətli icrası üçün şöbənin digər əməkdaşlarının işlərinə kömək edir, ehtiyac olduğu təqdirdə komanda üzvlərini əvəz edir.

· Layihələrin icrasından irəli gələn universitet daxili və xarici sənədləşmə işlərinin yerinə yetirilməsini təmin edir və fəaliyyəti ilə bağlı müvafiq akt və protokolları tərtib edir.  

 Tələblər:

· Ali təhsil (Magistr təhsili);

· Minimum 3 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);

· Dil bilikləri: İngilis dilində sərbəst ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus  dili və ya əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcək);

· Ms Office, Ms Access, MS project proqramları üzrə biliklər;

· Ünsiyyətcillik, komanda ilə işləmək bacarığı, liderlik, analitik düşünmə və müstəqil qərar qəbul etmə qabiliyyəti;

· Azərbaycan Respublikasının Elm və Təhsil haqqında Qanunları, ölkənin strateji inkişaf proritetlərinin və qanunvercilik bazası, Boloniya prosesi haqqında biliklər.

 Müraciət üçün sənədlər:

· Ətraflı CV;

· Ali təhsil barədə sənədlərin surətləri (xaricdə təhsil almış şəxslər diplomlarının nostrifikasiyası barədə sənəd təqdim etməlidir);

· İngilis və digər xarici dil biliyini təsdiq edən beynəlxalq sertifikatlar (əgər varsa)

Müraciət üçün son tarix: 21 sentyabr 2023-cü il, saat 17:00

Maaş: 900 AZN (vergi və digər ödənişlər daxil)

Maraqlanan şəxslərdən CV-lərini cv@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.