Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar “Erasmus+” çərçivəsində Almaniyada bir semestr təhsil almaq istəyənlərin nəzərinə!

“Erasmus+” çərçivəsində Almaniyada bir semestr təhsil almaq istəyənlərin nəzərinə!

2024-05-06
1359

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavr və magistr tələbələri “Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın Brandenburq Texniki Universitetində (B-TU) 2024/2025-ci tədris ilinin payız semestrində təhsil almaq üçün müraciət edə bilərlər.    

Qeyd edək ki, Brandenburq Texniki Universitetində tədris alman dilindədir.

Mübadilədə aşağıdakı ixtisaslar üzrə ümumilikdə iki tələbə iştirak edə biləcək:

· Maşın mühəndisliyi

· Mexanika mühəndisliyi

· Metallurgiya mühəndisliyi

· Materiallar mühəndisliyi

İxtisaslar və fənlərlə bağlı ətraflı məlumatı linkə daxil olmaqla əldə edə bilərsiniz. 

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

- Bakalavr (1-ci, 2-ci və 3-cü kurs) və ya magistr (1-ci kurs) tələbəsi olmaq

- Ərizə forması (Application Form)

Transkript (ÜOMG bakalavr üçün minimum 75 bal, magistr üçün 85 bal)

Alman dili biliyini təsdiq edən sertifikat (minimum B1 səviyyəsi) 

Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri erasmus@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

· Alman dili biliyi üzrə Goethe, Test DAF, Telc rəsmi sertifikatlarından birinin təqdim edilməsi mütləqdir. İmatahan verib sertifikatını hələ almayan tələbə imtahanda iştirakına dair arayış təqdim edə bilər. Yalnız müvafiq nəticə əldə etdiyi halda mübadilədə iştirakı təsdiqlənəcək. 

Müraciət üçün son tarix: 10.06.2024 

Əlaqə:

Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) 

E-mail: erasmus@aztu.edu.az  

Tel: (+994 12) 539 13 48