Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar “Erasmus+” çərçivəsində İtaliyada mühazirə demək istəyən akademik heyətin nəzərinə!

“Erasmus+” çərçivəsində İtaliyada mühazirə demək istəyən akademik heyətin nəzərinə!

2024-03-28
383

Azərbaycan Texniki Universitetinin (AzTU) akademik heyəti “Erasmus+” mübadilə proqramı çərçivəsində İtaliyanın Roma Sapienza Universitetində 2024/2025 tədris ilinin payız semestrində 2 həftəlik dərs demək üçün müraciət edə bilər.

Qeyd edək ki, Roma Sapienza Universitetində tədrisi aparılan ixtisas və fənlərin siyahısına linkə daxil olmaqla baxa bilərsiniz. 

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

- AzTU-nun tam və ya yarım ştatlı müəllimi olmaq;

- Ərizə forması (Application Form);

- CV (ingilis dilində);

- İngilis və ya italyan dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi). 

Mübadilə proqramında iştirak etmək istəyən müəllimlərdən tələb olunan sənədləri erasmus@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

· IELTS sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.

· Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə müsahibə təşkil olunacaq. 

Müraciət üçün son tarix: 07.04.2024 

Əlavə məlumat üçün Beynəlxalq əlaqələr şöbəsinə (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) yaxınlaşa bilərsiniz.

E-mail: erasmus@aztu.edu.az

Tel: (+994 12) 539 13 48