Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Erasmus+ KA1 Mobillik Proqramı çərçivəsində Rumıniyada bir semestr təhsil almaq üçün müsabiqə elan olunur

Erasmus+ KA1 Mobillik Proqramı çərçivəsində Rumıniyada bir semestr təhsil almaq üçün müsabiqə elan olunur

2022-10-12
911

2022-2023-cü tədris ilinin yaz semestrində Rumıniyanın Buxarest İqtisadiyyat Akademiyasında aşağıda qeyd olunan ixtisaslar üzrə bir semestr müddətinə təhsil almaq istəyən tələbələr (2 tələbə – 1 bakalavr, 1 magistr (MBA) tələbəsi) Erasmus+ KA1 Mobillik Proqramı çərçivəsində keçirilən müsabiqədə iştirak edə bilərlər.

Mobillik Proqramı aşağıda qeyd olunan sahələri əhatə edir:

·   biznesin idarə edilməsi

·   menecment

Tələb olunan sənədlər:

·    ərizə formasının doldurulması (Application Form)

·    transkript – ÜOMG 75 (BA), 85 (MA)

·    ingilis dilindən B2  (təsdiqləyici sertifikatın olması arzuolunandır)

·    motivasiya məktubu (ingilis dilində)

Mobillikdə iştirak etmək istəyən tələbələrdən sənədləri 24.10.2022-ci il tarixinədək erasmus@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.