Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Gənc alim və tədqiqatçların nəzərinə!

Gənc alim və tədqiqatçların nəzərinə!

2022-10-18
283

KANS elmi müsabiqəsinə 2022-ci ilin III turda 45 yaşdan kiçik gənc alimlər, tədqiqatçılar, novatorlar öz elmi və texnoloji nailiyyətləri və ya beynəlxalq institutlar tərəfindən elan edilən problemlərə dair həll yolları haqqında    3-5 dəqiqəlik videolar təqdim etməklə 8 oktyabr - 6 dekabr tarixləri arasında bu müsabiqədə iştirak etməyə dəvət olunurlar.  

KANS 2022 müsabiqəsinə aşağıdakı sahələr daxildir:

·         kənd təsərrüfatı və qida sənayesi

·         sağlamlıq və MedTech

·         enerji, su və ətraf mühit

·         elektronika və robototexnika

·         İKT və Süni İntellekt

·         mədən və mineral sənayesi

6 qalib mükafatlandırılacaq:

·         KANS medalı və təşəkkür lövhəsi

·         30 qramlıq qızıl nişan

·         MSTF şəbəkə platformalarından, eləcə də gənc alimlərdən faydalanmaq üçün xüsusi imtiyazlı 2000 $ dəyərində Təqaüd Proqramı.

Ətraflı məlumathttps://kans.mstfdn.org/kans-2022/

Əlaqə:

Tel: (012) 538-94-16

E-poşt: r_d@aztu.edu.az