Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar “Hiperkitap” Akademik Kitab Bazasından istifadə imkanı

“Hiperkitap” Akademik Kitab Bazasından istifadə imkanı

2023-02-16
251

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzi Türkiyənin ilk rəqəmsal məlumat bazası olan “Hiperkitap” Akademik Kitab Bazasından iki ay müddətində istifadə imkanı əldə edib.

“Hiperkitap” 27.000-dən çox türkcə məzmuna sahib məlumat bazasıdır. Bazanın portfelinə Türkiyənin “Yapı Kredi”, “Yeditepe”, “İz”, “Siyasal Yayın Evi”, “Ekin”, “Büyük Doğu”, “Ezgi”, “KODLAB”, “Arıkan”, “Dharma”, “Hece”, “Hayat”, “Eflatun Yayınları” kimi aparıcı nəşriyyatlar, ümumilikdə isə 400-dən çox nəşriyyat daxildir.

“Hiperkitap” ədəbiyyatdan incəsənətə, riyaziyyatdan informasiya texnologiyalarına qədər 29 kateqoriya üzrə minlərlə kitabın istifadəsinə imkan verir.

“Hiperkitap” platforması elektron kitablar üzərində qeydlər aparmaq, müəllif hüquqlarına uyğun olaraq paylaşmaq və çap etmək kimi interaktiv funksiyalara sahibdir.

Əsas xüsusiyyətləri:

·      Kompüter, planşet və mobil telefon vasitəsilə 24/7 fasiləsiz istifadə;

·      Platformada şəxsi kitabxananın yaradılması;

·      EPUB, PDF və audiokitablarda ağıllı axtarış və ətraflı filtrləmə.

Bazadan istifadə və  digər məlumatlar üçün link: https://www.hiperkitap.com/

Bazanın istifadəsi ilə bağlı suallarınızı library.services@aztu.edu.az ünvanına göndərə bilərsiniz.