Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar MBA proqramı çərçivəsində müəllimlərin işə qəbulu elan olunur

MBA proqramı çərçivəsində müəllimlərin işə qəbulu elan olunur

2024-05-02
1257

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Yüksək Təhsil İnstitutunun Beynəlxalq Biznes Məktəbinin MBA proqramı çərçivəsində 2024/2025-ci tədris ilinin payız və  yaz semestri üzrə müəllimlərin işə qəbulu elan olunur.

Azərbaycan və ingilis bölməsi üçün müvafiq sahədə təcrübəsi olan müəllimlərin işə qəbulu aşağıdakı fənlər üzrə aparılır:

Fənlərin siyahısı (yaz semestri üzrə)

Fənlərin siyahısı (payız semestri üzrə)

Tələblər:

· İqtisadiyyat, menecment, biznesin idarə olunması, maliyyə, nəqliyyat texnologiyaları, logistika və daşımalar, data analitikası, statistika, ekonometrika, marketinq, mühəndislik, səhiyyə, informasiya və kommunikasiya texnologiyaları sahələrində ən azı magistr dərəcəsinin olması;

· Ən azı 1 illik pedaqoji təcrübənin olması;

· Ən azı 3 illik sənaye təcrübəsinin olması (sənaye nümayəndələri üçün);

· Axşam saatlarında (18:30-21:30 aralığı) tədris aparmaq imkanının olması;

· İngilis dilində tədris aparmaq istəyən namizədlərin 2024/2025-ci tədris ilinin sonuna qədər etibarlı olan minimum İELTS 6.0 yaxud ona ekvivalent TOEFL sertifikatına malik olması.

QEYD: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər. 

Maraqlanan şəxslər CV, diplomun surəti və iddia etdikləri fənn yaxud fənlər üzrə təqdim olunan nümunəyə uyğun sillabus hazırlayıb yti@aztu.edu.az elektron ünvanına göndərə bilərlər.

Namizədlər iddia etdikləri fənn yaxud fənlərin adları və tədris edəcəkləri dil barədə məktubda məlumat verməlidirlər. İngilis dilində tədris etmək istəyən namizədlər iddia etdikləri fənn yaxud fənlərin sillabuslarını nümunəyə uyğun ingilis dilində təqdim etməlidir.

Müraciət üçün son tarix: 31.05.2024, saat 18:00

Sillabus-Az

Syllabus-Eng