Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavr (yalnız 2-ci və 3-cü kurs) tələbələri “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində 2023/2024-cü tədris ilinin yaz semestrində Polşanın Powislanski Universitetində bir semestr müddətinə təqaüdlə təhsil ala bilərlər.
Mübadilə aşağıda qeyd olunan ixtisasları əhatə edir:
· İqtisadiyyat
· Biznesin idarə edilməsi
· Menecment
Tələb olunan sənədlər:
· Ərizə formasının doldurulması (Application Form)
· Transkript (minimum ÜOMG 75)
· İngilis dili biliyi (minimum B2 səviyyəsi)
· Motivasiya məktubu (ingilis dilində)
“Erasmus+ KA171” mübadilə proqramında iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri erasmus@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix: 15.11.2023
Ünvan: AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq (Beynəlxalq əlaqələr şöbəsi)
E-poçt: erasmus@aztu.edu.az
Tel: (+994 12) 539 13 48