Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Portal.edu.az-dan qeydiyyatdan keçdikdən sonra AzTU-ya təqdim olunacaq sənədlərin siyahısı

Portal.edu.az-dan qeydiyyatdan keçdikdən sonra AzTU-ya təqdim olunacaq sənədlərin siyahısı

2023-09-02
3450

· Abituriyentlər üçün attestatın əsli və sürəti - 3 nüsxə;

· Subbakalavrlar üçün (bu ilin məzunları) kollecdən məzun olduqlarına dair arayış, əvvəlki illərin məzunları diplom və əlavəsinin əsli və surəti – 3 nüsxə;

· Şəxsiyyət vəsiqəsinin surəti - 5 nüsxə;

· Hərbi biletin (bütün səhifələri) və ya ilkin hərbi qeydiyyata alınma haqqında (hərbi xidmətdə olmayanlar üçün) vəsiqənin (2-3 və 4-5-ci səhifələr) surəti - 2 nüsxə;

· 3x4 fotoşəkil - 6 ədəd;

· Tərcümeyi-hal (əlyazma);

· Təhsil haqqında ödəniş qəbzinin surəti (ödənişli əsaslarla qəbul olunanlar üçün) – 3 nüsxə.

Qeyd: Sənədlər ipli kağız qovluqda təqdim olunmalıdır.

İmtiyazlı (təhsil haqqından azad olunan) abituriyentlər (subbakalavrlar) onlayn qeydiyyat zamanı sistemə əlavə etdikləri notarial təsdiqli sənədlərin əslini universitetə təqdim edir.

İmtiyazlı (təhsil haqqından azad olunan) abituriyentlər (subbakalavrlar) üçün tələb olunan sənədlər:

1. Məcburi köçkünlər.

- Abituriyentin (subbakalavrın) şəxsiyyət vəsiqəsinin surəti;

- Abituriyentin (subbakalavrın) məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları.

- Valideynin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, əlil olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənədin (elektron sistemdən çıxarış) notarial qaydada təsdiq edilmiş surəti;

- əlilliyi olan valideynin şəxsiyyət vəsiqəsinin surəti;

- abituriyentin (subbakalavrın) doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.

3. Şəhid ailəsi statusunu almış ailənin üzvləri.

- Ailə üzvünün şəhid olmasını təsdiq edən sənədin (ölüm haqqında şəhadətnamə) notarial qaydada təsdiq edilmiş surəti;

- Abituriyentin (subbakalavrın) şəhid olmuş şəxslə qohumluq əlaqəsini təsdiq edən sənədin (doğum haqqında şəhadətnamə və ya nikah haqqında şəhadətnamə) notarial qaydada təsdiq edilmiş surəti;

- Abituriyentin (subbakalavrın) şəhid ailəsi üzvü olduğunu təsdiq edən vəsiqənin notarial qaydada təsdiq edilmiş surəti.

Qeyd: "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" AR qanununun 1-ci maddəsinə əsasən şəhid ailəsinin üzvləri hesab edilən şəxslər bunlardır:

Peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar (Ər-arvad, valideyn, övladları, qardaşlar və bacılar) isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək (ən çoxu 23 yaşına çatanadək);

4. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən hər iki valideyni vəfat etmiş, hər iki valideynin himayəsindən məhrum olmuş  və ya bir valideyni vəfat etmiş, digər valideyni isə orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ( I və II dərəcə) 23 yaşınadək şəxslər.

- Valideynlərinin vəfat etdiyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;

- Valideynlərdən birinin vəfat etdiyini təsdiq edən sənədin, digər valideynin isə orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyini ( I və II dərəcə)  təsdiq edən sənədin (elektron sistemdən çıxarış) notarial qaydada təsdiq edilmiş surəti;

- Valideynin şəxsiyyət vəsiqəsinin surəti;

- Abituriyentin (subbakalavrın) doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.

5. Orqanizmin funksiyalarının 61-100 faiz (I və II dərəcə) pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər.

- Abituriyentin (subbakalavrın) şəxsiyyət vəsiqəsinin surəti;

- Abituriyentin (subbakalavrın) əlilliyini təsdiq edən sənədin (elektron sistemdən çıxarış) notarial qaydada təsdiq edilmiş surəti.

6. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almasına dair vəsiqə və ya elektron sistemdən çıxarış (arayış), yaxud Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi barədə elektron sistemdən çıxarış.

AzTU-ya qəbul olunan abituriyentlər (subbakalavrlar) sənədlərin universitetə qəbulu ilə bağlı yaranmış sualları adları qeyd olunan məsul şəxslərə ünvanlaya bilərlər.