Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən “Şuşa ili” və “8 Noyabr-Zəfər Günü”nə həsr olunan “Şuşanın sosial-iqtisadi dirçəldilməsi Azərbaycanın tərəqqisinin yeni zirvəsidir” adlı ümumrespublika elmi məqalə müsabiqəsində iştirak etməyə dəvət olunursuz.
Müsabiqənin məqsədi ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin professor-müəllim heyətinin, doktorant, magistr və tələbələrinin Şuşa şəhərinin sosial-iqtisadi potensialının öyrənilməsi, təhlili və qiymətləndirilməsi, Şuşa şəhərinin dirçəldilməsi perspektivləri ilə bağlı tədqiqatların aparılmasının təşviqi və onların müsabiqə əsasında mükafatlandırılmasıdır.
Mükafatlandırma professor-müəllim heyəti və doktorant, magistr və tələbə heyəti üçün ayrıca nəzərdə tutulub. Hər iki heyət üzrə ilk 10-luğa düşən məqalələrə sertifikatlar təqdim olunacaq və komissiya tərəfindən seçilən məqalələr toplu şəkildə elektron-kitab formatında hazırlanacaq.
Məqalələrin son təqdim olunma tarixi: 10 oktyabr 2022-ci il.
Mükafatlandırma tədbiri: 7 noyabr 2022-ci il tarixində Zəfər günü ərəfəsində keçiriləcək.
Müsabiqə haqqında ətraflı məlumat:
Əlaqə telefonu:
+994 (12) 492-57-31
+994 (55) 400-37-20