Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Tədqiqat və inkişaf şöbəsinə patent üzrə böyük mütəxəssis vəzifəsinə vakansiya elan olunur

Tədqiqat və inkişaf şöbəsinə patent üzrə böyük mütəxəssis vəzifəsinə vakansiya elan olunur

2024-02-05
654

Azərbaycan Texniki Universitetinin (AzTU) Tədqiqat və inkişaf şöbəsinə patent üzrə böyük mütəxəssis vəzifəsinə vakansiya elan olunur.

Əmək funksiyaları:

· Patentlərin və faydalı modellərin yeniliyini sistemdə yoxlamaq;

· Patent hazırlanmaslnda müəlliflərə kömək etmək, bütün hesabatları hazırlamaq;

 Patent müraciətləri prosesini idarə etmək, Əqli Mülkiyyət Agentliyi ilə daim əlaqədə olmaq.

Tələblər:

· Ali təhsil;

· Minimum 3 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);

· Dil bilikləri: rus dili ( əlavə dil biliyi arzuolunandır);

· Patent qanunları və təsnifatları haqqında biliklər;

· Güclü təhlil və tədqiqat bacarıqları;

· Patent axtarışı və təhlil alətlərində bacarıq.

Maraqlanan şəxslər müraciət üçün CV-ni “patent üzrə böyük mütəxəssis”  başlığı ilə cv@aztu.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 20.02.2024, saat: 17:00