Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Tələbə və məzunların nəzərinə!

Tələbə və məzunların nəzərinə!

2023-01-21
424

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsi (HİK) qeyd olunan vəzifələr üzrə könüllü təcrübə proqramı elan edir:

1. SMM və marketinq işləri üzrə menecer;

2. Sosial xidmətlər üzrə menecer.

Tələblər:

SMM və marketinq üzrə

1. Sosial şəbəkələrdə aktiv fəaliyyət;

2. Kollektivlə işləmək bacarığı;

3. Tanıtım üzrə bacarıqlar;

4. İKT imkanlarından səmərəli istifadə etmək bacarığı;

5. Müəssisələrlə əlaqələrin qurulması üzrə bacarıqlar;

6. İnnovatorluq; 

7. Xarici dil biliyi arzuolunandır.

Sosial xidmətlər üzrə

1. Təşkilatçılıq bacarığı;

2. Kollektivlə ünsiyyət və komanda ilə işləmək bacarığı;

3. İKT imkanlarından səmərli istifadə etmək bacarığı;

4. Xarici dil biliyi arzuolunandır.

Qeyd: Könüllülük proqramı vakansıyaları üzrə qaliblərə aylıq (simvolik) məvacib, təcrübənin sonunda isə plaket (sertifikat) təqdim olunacaq. 

Təcrübə proqramında iştirak etmək istəyən namizədlər CV-lərini 30.01.2023 tarixinədək atiahi-texniki-hik@mail.ru elektron poçt ünvanına və ya əsas korpus 203-cü otağa (AzTU HİK) təqdim edə bilərlər.

Təcrübə proqramında AzTU-nun II, III, IV kurs bakalavr, I və II kurs magistr tələbələri və məzunları iştirak edə bilərlər.

Əlavə məlumat üçün:

Tel: 0125391238

Vatsap: 0518515185