Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Türkiyədə “Erasmus+” çərçivəsində təcrübə keçmək istəyən doktorantların nəzərinə!

Türkiyədə “Erasmus+” çərçivəsində təcrübə keçmək istəyən doktorantların nəzərinə!

2024-04-03
395

Azərbaycan Texniki Universitetinin (AzTU) doktorantları “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin İzmir Bakırçay Universitetində 2023/2024 tədris ilinin yaz semestrində 9 günlük təcrübə keçmək üçün müraciət edə bilərlər.

Qeyd edək ki, mübadiləyə kompüter mühəndisliyi və elektrik və elektronika mühəndisliyi istiqamətləri üzrə yalnız 1 yer ayrılıb.

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

· AzTU-nun doktorant tələbəsi olmaq;

· Ərizə formasının doldurulması (Application Form);

· Magistr diplom əlavəsindəki ÜOMG (minimum 85 bal);

· İngilis dili biliyi təsdiq edən sənəd (minimum B2 səviyyəsi).

Seçim zamanı dil biliyini təsdiqləyən sertifikat təqdim edənlərə üstünlük veriləcək.

“Erasmus+” mübadilə proqramında iştirak etmək istəyən doktorantlardan tələb olunan sənədləri erasmus@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

Müraciət üçün son tarix: 16.04.2024

Ətraflı məlumat üçün:

Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)

(+994 12) 539 13 48

 erasmus@aztu.edu.az