Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Türkiyədə “Erasmus” çərçivəsində təcrübə keçmək istəyən magistrantların nəzərinə!

Türkiyədə “Erasmus” çərçivəsində təcrübə keçmək istəyən magistrantların nəzərinə!

2024-02-14
668

Azərbaycan Texniki Universitetinin (AzTU) magistr tələbələri “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində 2023/2024-cü tədris ilinin yaz semestrində Türkiyənin Bursa Texniki Universitetində 2 aylıq təcrübə keçmək üçün müraciət edə bilərlər.

Qeyd edək ki, mübadiləyə 3 istiqamət üzrə ümumilikdə 1 yer ayrılıb:

1. Metallurgiya mühəndisliyi

2. Materialşünaslıq mühəndisliyi

3. Mexanika mühəndisliyi

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

· 2-ci kurs magistr tələbəsi olmaq;

· Ərizə formasının doldurulması (Application Form);

· Transkript (ÜOMG minimum 85 bal);

· İngilis dili biliyi minimum B2 səviyyəsi (Seçim zamanı sertifikat təqdim edənlər üstünlük əldə edir).

Erasmus+ KA171 mübadilə proqramında iştirak etmək istəyən magistrantlardan tələb olunan sənədləri erasmus@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

Müraciət üçün son tarix: 25.02.2024

Əlavə məlumat üçün erasmus@aztu.edu.az elektron poçt ünvanına yaza və ya Beynəlxalq əlaqələr şöbəsinə (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) yaxınlaşa bilərsiniz.

 Əlaqə: (+994 12) 539 13 48