Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Xarici dillər kafedrasına ingilis dili müəllimlərinin işə qəbulu elan olunur

Xarici dillər kafedrasına ingilis dili müəllimlərinin işə qəbulu elan olunur

2024-04-16
389

Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasına ingilis dili müəllimlərinin işə qəbulu elan olunur.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • İngilis dili müəllimliyi, ingilis dili filologiyası, ingilis dili üzrə tərcüməçilik ixtisaslarında magistr dərəcəsi;
  • Qüvvədə olan İELTS 7.0 yaxud ekvivalent TOEFL sertifikatı;
  • İngilis dili tədrisi üzrə təcrübə;
  • İngilis dilində motivasiya məktubu;
  • İngilis dili biliyi yaxud tədrisi ilə bağlı digər sertifikatların olması üstünlükdür;
  • İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;
  • Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
  • Yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları;
  • Tədqiqatçılıq bacarığı;
  • Davamlı peşəkar inkişafa maraq.

 

İşin təsviri:

· Müvafiq təhsil proqramlarına uyğun tədris fəaliyyətlərinin planlaşdırılması, hazırlanması və icrası;

· Dərs proqramına uyğun  nəticələrə nail olmaq üçün müasir tədris metodologiyaları və texnologiyalarından istifadə edilməsi;

· Tələbələrin nailiyyət və inkişafının qiymətləndirilməsi, konstruktiv rəyin verilməsi və onların fərdi tədris ehtiyaclarını qarşılamaq məqsədilə metodların uyğunlaşdırılması;

· Müvafiq sahə üzrə ən yaxşı təcrübələri izləmək üçün peşəkar inkişaf imkanlarından istifadə;

· Tələbələrin iştirakçılığını təşviq edən və onların akademik, xarici dil bacarıqlarının inkişafını dəstəkləyən müsbət, inklüziv öyrənmə mühitinin təşkili.  

Ünvan: Bakı, H. Cavid pr. 25, Azərbaycan Texniki Universiteti

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz  CV-lərini cv@aztu.edu.az elektron ünvanına göndərə bilərlər.