2-14 sentyabr 2024-ci il tarixlərində Azərbaycan Texniki Universitetində (AzTU) DAAD-nin (Alman Akademik Mübadilə Xidmətinin) “Şərqə Get” proqramı çərçivəsində “Multikultural Şəraitlərdə Mühəndislik Bacarıqlarının İnkişafı” adlı yay məktəbi keçiriləcək. Yay məktəbində Almaniya ali təhsil müəssisələrindən seçilmiş 8 tələbə AzTU-nun 8 tələbəsi ilə birlikdə “Layihələndir, Yarat, İşlət” prinsipləri əsasında öz ideyaları üzərində bir komandada çalışacaqlar. Yay məktəbi bir məqsəd uğrunda multikutural komandada iş təcrübəsi yaratmaqla yanaşı, mədəni və sosial tədbirlərlə zəngindir.
Öz ideyası olan və sənayedə tətbiq etməklə real sənaye iş təcrübəsi toplamaq istəyən AzTU tələbələrini yay məktəbində iştirak etməyə dəvət edirik.
Yay məktəbində aşağıdakı ixtisaslar üzrə ümumilikdə 8 tələbə iştirak edə bilər:
- Mexanika mühəndisliyi
- Maşın mühəndisliyi
- Cihaz mühəndisliyi
- Metallurgiya mühəndisliyi
- Materiallar mühəndisliyi
- Proseslərin avtomatlaşdırılması mühəndisliyi
- Elektrik və elektronika mühəndisliyi
- Sənaye mühəndisliyi
İştirak üçün şərtlər:
- Qeyd olunan ixtisaslar üzrə bakalavr (1, 2 və 3-cü kurs) və ya 1-ci kurs magistr tələbəsi olmaq;
- Minimum B2 səviyyəsində ingilis dili biliyi;
- İxtisas sahəsi üzrə layihə ideyası olması;
- Əlavə olaraq alman dili bilən tələbələrə üstünlük veriləcəkdir.
- Motivasiya məktubu (təxminən 300 söz).
Namizədlərdən yay məktəbinin bütün proqramında iştirak etmələri tələb olunur.
Yay məktəbinin proqramı və digər məlumatlar aşağıdakı səhifədə verilmişdir. https://www.aztu.edu.az/sub-site/summerschool/about/.
Muraciət forması: AzTU Summer School
Müraciət üçün son tarix: 19.06.2024