Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Yüksək Təhsil İnstitutunun magistratura səviyyəsində dərs demək istəyən müəllimlərin işə qəbulu aparılır

Yüksək Təhsil İnstitutunun magistratura səviyyəsində dərs demək istəyən müəllimlərin işə qəbulu aparılır

2024-04-06
1715

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdindəki Yüksək Təhsil İnstitutunun magistratura səviyyəsində 2024/2025-ci tədris ilinin yaz və payız semestri üzrə müəllimlərin işə qəbulu elan olunur. Azərbaycan, rus və ingilis bölməsi üçün müvafiq sahədə ali təhsili və sənayedə təcrübəsi olan məllimlərin işə qəbulu aşağıdakı fənlər üzrə aparılır:

Fənlərin siyahısı (yaz semestri üzrə)

Fənlərin siyahısı (payız semestri üzrə)

Tələblər:

Tədris olunacaq fənlərin aid olduğu sahələrdə ən azı magistr dərəcəsinin olması;

Ən azı 1 illik pedaqoji təcrübənin olması;

Ən azı 3 illik sənaye təcrübəsinin olması (sənaye nümayəndələri üçün);

Axşam saatlarında (18:30-21:30 aralığı) tədris aparmaq imkanının olması.

QEYD: Xaricdə təhsil almış namizədlər diplomlarının Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarında tanınması (nostrifikasiya olunması) barədə sənədlərini təqdim etməlidirlər 

Maraqlanan şəxslər aşağıdakı sənədləri yti@aztu.edu.az elektron ünvanına göndərə bilərlər:

· Ətraflı CV;

· Diplomun surəti;

· İddia etdikləri fənn yaxud fənlər üzrə təqdim olunan nümunəyə uyğun sillabus;

· İngilis dilində tədris aparmaq istəyən namizədlərin 2024/2025-ci tədris ilinin sonuna qədər etibarlı olan minimum İELTS 6.0 yaxud ona ekvivalent TOEFL sertifikatının surəti (xaricdə ingilis dilində magistratura və doktorantura təhsili almış və diplomları Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarında tanınmış (nostrifikasiya olunmuş) namizədlərə şamil edilmir).

Namizədlər iddia etdikləri fənn yaxud fənlərin adları və tədris edəcəkləri dil barədə məktubda məlumat verməlidir. İngilis (rus) dilində tədris etmək istəyən namizədlər iddia etdikləri fənn yaxud fənlərin sillabuslarını nümunəyə uyğun ingilis (rus) dilində təqdim etməlidir.

Müraciət üçün son tarix: 10.05.2024, saat 18:00

Sillabus üçün nümunələr:

Sillabus-Az

Syllabus-Eng