Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

Çinin Pekin Kimya Texnologiyaları Universitetinin nümayəndələri AzTU-da olub

Çinin Pekin Kimya Texnologiyaları Universitetinin Beynəlxalq təhsil məktəbinin sədri Li Qifangın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Nümayəndə heyətində Materialşünaslıq və Mühəndislik Kollecinin dekan müavini Li Xiaofeng, Tədris işləri şöbəsinin direktor müavini Hou Hong, Xarici işlər şöbəsinin direktoru Zhang Shuai təmsil olunub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Rektor Vilayət Vəliyev universitetdə elm və tədqiqat sahəsində görülən işlər, həyata keçirilən ikili diplom proqramları və layihələr, eləcə də AzTU-nun Azərbaycanın təhsil sahəsinə gətirdiyi yeniliklər barədə qonaqlara ətraflı məlumat verib. Pekin Kimya Texnologiyaları Universitetinin nümayəndələri də öz növbəsində universitet haqqında geniş təqdimatla çıxış ediblər. Görüşdə iki universitet arasında materialşünaslıq və biomühəndislik sahələrində ikili diplom proqramlarının həyata keçirilməsi, birgə tədqiqatların aparılması, ortaq məqalə nəşri, təcrübə proqramlarında iştirak, birgə konfransların təşkili, həmçinin, tələbə-müəllim mübadiləsi kimi bir sıra məsələlər müzakirə olunub. 

Çinin Pekin Kimya Texnologiyaları Universitetinin Beynəlxalq təhsil məktəbinin sədri Li Qifangın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı ol ..

2025-06-25
AzTU

AzTU-da “Məzun Günü-2025” tədbiri keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “Məzun Günü-2025” adlı tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını ifadə ediblər. “Məzun Günü-2025” tədbiri ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra AzTU-nun 75 illik yubileyinə həsr olunan videoçarx nümayiş etdirilib. Qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev bu il bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 3000-dən çox tələbənin məzun olduğunu bildirib və onları təbrik edib. O, qeyd edib ki, bu il AzTU-nun 75 illik yubileyi qeyd olunacaq. Universitetin 75 illik tarixi inkişaf yoluna nəzər salan rektor bu illər ərzində AzTU-nun qazandığı mühüm uğurlara diqqət çəkib. Rektor AzTU-nun son illər beynəlxalq reytinqlərdə uğurla irəliləməsini və bu uğurlarda AzTU əməkdaşlarının, eləcə də tələbə, müəllim və məzunların rolunu xüsusi vurğulayıb. Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, AzTU-nun fəxri məzunu, millət vəkili Zahid Oruc, Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru Mehmet Şimşir, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova, Bakı Gəmiqayırma Zavodunun Tədris Mərkəzinin Təlim və inkişaf bölməsinin rəhbəri Nəcəf Mustafayev AzTU məzunlarını təbrik ediblər. Çıxış edənlər məzunlara uğurlar arzulayaraq Azərbaycanın əmək bazarında layiqli yerləri tutmağı, xaricdə ölkəni layiqincə təmsil etməyi tövsiyə ediblər. Çıxışlardan sonra AzTU-nu yüksək ümumi orta müvəfəqiyyət göstəricisi ilə bitirən, həmçinin universitetin ictimai-sosial həyatında fəal iştirak edən məzunlara fəxri fərman və hədiyyələr təqdim olunub. “Məzun Günü-2025” tədbiri konsert proqramı ilə davam edib.

Azərbaycan Texniki Universitetində (AzTU) “Məzun Günü-2025” adlı tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü ön ..

2025-06-24
AzTU

AzTU ilə Konya Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb

Konya Texniki Universitetinin rektoru Osman Nuri Çelik və baş katib Kamil Gök Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Rektor Vilayət Vəliyev universitetdə görülən işlər, həyata keçirilən layihələrlə bağlı qonaqlara məlumat verib. Konya Texniki Universitetinin rektoru Osman Nuri Çelik AzTU ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Görüş zamanı univerisitetlər arasında birgə elmi-tədqiqat layihələrinin hazırlanması, doktorantura səviyyəsində ikili elmi rəhbərlik imkanları, həmçinin tələbə-müəllim mübadiləsi kimi məsələlər müzakirə olunub. Görüşdən sonra tərəflər arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. 

Konya Texniki Universitetinin rektoru Osman Nuri Çelik və baş katib Kamil Gök Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universiteti ..

2025-06-24
AzTU

AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub. Səfərin məqsədi “Times Higher Education” tərəfindən təşkil olunan Dayanıqlı İnkişaf Konqresində iştirak etməklə yanaşı, elmi-tədqiqat, tədris və innovasiya sahələrində əlaqələrinin qurulması, mövcud tərəfdaşlıqların dərinləşdirilməsi və Türkiyənin aparıcı universitetləri ilə qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi olub. AzTU nümayəndə heyətində elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, Tədqiqat və inkişaf departamentinin direktoru Bəxtiyar Bədəlov və Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Mövsümova təmsil olunub. Səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən olan Bahçeşehir Universiteti və Gəbzə Texniki Universitetində görüşlər keçirib. Tərəflər arasında əməkdaşlıq imkanları, xüsusilə mühəndislik, informasiya texnologiyaları, süni intellekt, rəqəmsal marketinq və innovasiya sahələrində birgə təşəbbüslər müzakirə edilib. Görüşlər zamanı AzTU rektoru Vilayət Vəliyev universitetin beynəlxalq tərəfdaşlıq strategiyasına uyğun olaraq birgə elmi layihələr, ortaq təhsil proqramları, tələbə və müəllim mübadiləsi, eləcə də beynəlxalq reytinqlərdə irəliləyişə yönəlmiş fəaliyyətlərə böyük önəm verildiyini qeyd edib. Tərəflər mühəndislik sahəsində müasir tədris texnologiyalarının tətbiqi, ortaq tədqiqatların həyata keçirilməsi, reytinq göstəricilərinin təkmilləşdirilməsi, eləcə də Mini MBA proqramlarının icrası, süni intellektin tədris və tədqiqatlarda istifadəsi, rəqəmsal texnologiyalar və innovasiya sahəsində ortaq layihələrin hazırlanması istiqamətində təcrübə və bilik mübadiləsinin vacibliyini xüsusi vurğulayıblar. Bu səfər nəticəsində AzTU-nun beynəlxalq elmi əməkdaşlıq şəbəkəsinin daha da genişləndirilməsi və qlobal elm-təhsil platformalarına inteqrasiyası istiqamətində mühüm addımlar atılıb. Görüşlər AzTU-nun strateji inkişaf hədəfləri çərçivəsində beynəlxalq reytinqlərə müsbət təsir edəcək tərəfdaşlıqlar üçün güclü təməl formalaşdırıb. AzTU rəhbərliyinin təşəbbüsü ilə gerçəkləşən səfər universitetin qlobal elm və təhsil məkanında nüfuzunun artırılmasına yönəlmiş uğurlu beynəlxalq fəaliyyətlərin davamı kimi qiymətləndirilir.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub. Səfərin məqsədi “Times Higher Education” tərəfin ..

2025-06-23
AzTU

AzTU-nun təşkilatçısı olduğu beynəlxalq konfrans keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU), Daşkənd Dövlət Nəqliyyat Universiteti və İstanbul Texniki Universitetinin (İTÜ) birgə təşkilatçılığı ilə “21-ci əsrdə İpək Yolu: Müasir nəqliyyat və logistika texnologiyaları” adlı onlayn beynəlxalq konfrans keçirilib.   Konfrans İTÜ-nün prorektoru professor Lütfiyə Durak Ata və AzTU-nun prorektoru i.ü.f.d. Rəşad Əliyevin açılış çıxışları ilə başlayıb. Təşkilatçı ali məktəblərdən başqa İngiltərə və ABŞ universitetlərindən məruzəçilərin də iştirak etdiyi konfrans 3 bölmədə işini davam etdirib. AzTU əməkdaşları - dosent Fuad Daşdəmirov, professor Heybətulla Əhmədov, dosent Nicat Zöhrabov, dosent Qasım Manafov, dosent Atif Namazov və Logistika və Nəqliyyat İnstitutunun əməkdaşı Ülvi Cavadlı konfransın “Sərnişin və yük daşımalarının enerji və ekoloji problemləri”, “Yeni İpək Yolunun avtomobil, dəmiryolu, dəniz şəbəkəsi”, “İpək Yolunun gələcəyində yeni texnologiyalar və innovasiyalar” bölmələrində məruzə ilə çıxış ediblər.

Azərbaycan Texniki Universiteti (AzTU), Daşkənd Dövlət Nəqliyyat Universiteti və İstanbul Texniki Universitetinin (İTÜ) birgə təşkilatçılığı ilə “21-ci əsrdə İpək Yolu: Müasi ..

2025-06-21
AzTU

Azərbaycan Texniki Universiteti ilk dəfə “QS 2026 Dünya Universitetlərinin Reytinqi”ndə TOP 1000-də yer aldı

Azərbaycan Texniki Universiteti (AzTU) ali təhsildə qlobal səviyyədə mühüm uğura imza atıb. Belə ki, universitet ilk dəfə “QS World University Rankings 2026” (QS 2026 Dünya Universitetlərinin Reytinqi) siyahısına daxil olaraq dünyanın ən yaxşı 1000 universiteti sırasında qərarlaşıb. AzTU reytinqdə 851–900 aralığında yer alıb. Bu nəticə, AzTU-nun son illərdə həyata keçirdiyi sistemli islahatların və tədris-elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinin göstəricisidir. Universitetin tətbiq etdiyi məqsədyönlü strategiya, elmi potensialın gücləndirilməsi, innovativ yanaşmaların təşviqi və sənaye ilə inteqrasiya olunmuş tədris modeli, AzTU-nun qlobal reytinqdə tanınmasına şərait yaradıb. Qeyd edək ki, QS World University Rankings dünyanın ən nüfuzlu və etibarlı ali təhsil reytinqlərindən biridir. Hər il bu reytinq çərçivəsində minlərlə universitet müxtəlif kriteriyalar əsasında qiymətləndirilir. Qiymətləndirmə meyarlarına akademik nüfuz, elmi tədqiqatların təsiri, işəgötürənlərin universitet məzunlarına verdiyi dəyər, tələbə-müəllim nisbəti, sitat sayı və beynəlxalq tələbə və müəllim heyətinin payı daxildir. AzTU-nun bu göstəricilər üzrə topladığı nəticələr, universitetin qlobal ali təhsil məkanında rəqabətqabiliyyətli bir elm və tədris müəssisəsinə çevrildiyini nümayiş etdirir. Builki reytinq nəticələrinə əsasən, Azərbaycan Cənubi Qafqaz regionunda lider mövqedədir. Belə ki, Azərbaycandan reytinqə düşən universitetlərin sayı, digər Cənubi Qafqaz ölkələrinin birlikdə əldə etdiyi nəticədən 3 dəfə çoxdur. AzTU-nun bu uğuru həm milli ali təhsil sisteminin inkişafına, həm də Azərbaycanın beynəlxalq elm və təhsil məkanındakı nüfuzunun daha da möhkəmlənməsinə töhfə verir.

Azərbaycan Texniki Universiteti (AzTU) ali təhsildə qlobal səviyyədə mühüm uğura imza atıb. Belə ki, universitet ilk dəfə “QS World University Rankings 2026” (QS 2026 Dünya Universit ..

2025-06-19
AzTU

AzTU-nun Biotibbi Mühəndislik İnstitutu biotexnologiya və robototexnika sahəsində Avropa təcrübəsini öyrənir

Azərbaycan Texniki Universitetinin (AzTU) Biotibbi Mühəndislik İnstitutunun əməkdaşları ilə biotexnologiya və robototexnika sahəsində Avropanın ixtisaslaşmış mütəxəssisləri arasında akademik əməkdaşlıq imkanlarının genişləndirilməsinə həsr olunmuş onlayn görüş keçirilib.   Görüşdə Biotibbi Mühəndislik İnstitutunun direktoru professor Nuran Abdullayev, institutun böyük elmi işçisi Cavid Abbaslı, tədqiqatçı Sevinc Əliyeva iştirak edib. Müzakirələr zamanı minimal invaziv tibbi müdaxilələrdə tətbiq olunan yüksək dəqiqlikli robotlaşdırılmış sistemlər, onların innovativ arxitekturaları, real vaxt idarəetmə həlləri və süni intellekt inteqrasiyası imkanları təqdim olunub. Sözügedən texnologiyalar müasir tibb elminin ön cəbhəsində dayanan və Avropanın texnoloji inkişaf ekosistemində geniş tətbiq sahəsinə malik olan yenilikçi yanaşmalardan hesab olunur. Görüş zamanı həmçinin Biotibbi Mühəndislik İnstitutunun nəzdində fəaliyyət göstərən AI-MED LAB laboratoriyasında süni intellekt əsaslı yeni tədqiqat istiqamətləri, birgə layihələrin icrası və Azərbaycanda bu tip robotik texnologiyaların adaptasiyası üzrə ilkin əməkdaşlıq imkanları ətraflı müzakirə edilib. Qeyd edək ki, Biotibbi Mühəndislik İnstitutu bu cür görüşlər vasitəsilə beynəlxalq elmi əlaqələrin genişləndirilməsini, qabaqcıl texnologiyaların ölkəmizə transferini və gənc tədqiqatçılar üçün yeni imkanların yaradılmasını prioritet istiqamət kimi qarşısına məqsəd qoyub.

Azərbaycan Texniki Universitetinin (AzTU) Biotibbi Mühəndislik İnstitutunun əməkdaşları ilə biotexnologiya və robototexnika sahəsində Avropanın ixtisaslaşmış mütəxəssisləri arasın ..

2025-06-19
AzTU

AzTU rektoru “Qlobal Dayanıqlı İnkişaf Konqresi 2025” çərçivəsində beynəlxalq paneldə iştirak edib

18 iyun 2025-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Research and Innovation to Support Transition to a Circular Economy” adlı beynəlxalq paneldə spiker qismində iştirak edib. “Qlobal Dayanıqlı İnkişaf Konqresi 2025” çərçivəsində keçirilən paneldə dairəvi iqtisadiyyatın inkişafına yönəlmiş tədqiqat və innovasiya məsələləri müzakirə olunub. Paneldə AzTU-nun rektoru Vilayət Vəliyev universitetin bu sahədə apardığı elmi-tədqiqat işləri və tətbiq etdiyi innovativ yanaşmaları haqqında geniş məlumat verib. Resursların səmərəli istifadəsi, tullantıların azaldılması və təkrar emalı kimi mövzular universitetin prioritetləri sırasında yer alır. Eyni zamanda, AzTU-nun yerli və beynəlxalq tərəfdaşlarla həyata keçirdiyi əməkdaşlıq layihələri də diqqətə çatdırılıb. Beynəlxalq ekspertlərlə aparılan müzakirələrdə dairəvi iqtisadiyyatın davamlı inkişafda oynadığı rol vurğulanıb. Rektor universitetin bu sahədə üzərinə düşən vəzifələrini və qarşıdakı perspektivləri qeyd edib. AzTU-nun bu kimi tədbirlərdə iştirakı universitetin beynəlxalq arenadakı nüfuzunu artırır və dayanıqlı inkişaf sahəsində qabaqcıl mövqeyini daha da gücləndirir.

18 iyun 2025-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Research and Innovation to Support Transition to a Circular Economy” adlı beynəlxalq paneldə spiker q ..

2025-06-19
AzTU

AzTU Azərbaycanda ilk olaraq beynəlxalq “Falling Walls Lab” müsabiqəsinə ev sahibliyi edib

Azərbaycan Texniki Universiteti (AzTU) və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) birgə təşkilatçılığı ilə AzTU-da “Falling Walls Lab” beynəlxalq müsabiqəsi təşkil olunub. Tədbir DAAD-nin AzTU-da fəaliyyət göstərən mühazirəçisi Klaudio Kasperl və AzTU əməkdaşlarının birgə dəstəyi ilə ərsəyə gəlib. 60-a yaxın ölkədə təşkil olunan layihənin əsas məqsədi müstəsna yaradıcı ideyaları təbliğ etmək və elmin bütün sahələrindən perspektivli gənc alim və tələbələri qlobal səviyyədə tanınmış platformada birləşdirməkdir. Müsabiqə iştirakçılarına öz tədqiqatlarını, biznes modellərini və ya təşəbbüslərini həmyaşıdlarına, yüksək səviyyəli münsiflər heyətinə və geniş ictimaiyyətə təqdim etmək imkanı yaradılır. “Falling Walls Lab” beynəlxalq müsabiqəsinin Azərbaycanda keçirilən yekun tədbirini giriş sözü ilə açan AzTU-nun tədris işləri üzrə prorektoru professor Nurəli Yusifbəyli tədbir iştirakçılarını salamlayaraq müsabiqənin əhəmiyyəti barədə məlumat verib. O qeyd edib ki, bu cür beynəlxalq müsabiqələr Azərbaycan tədqiqatçıları üçün bütün yaradıcılıq imkanlarının ortaya qoyulmasına xidmət edən fürsətlərdir. Yaradılmış bu cür imkana görə o, Alman Akademik Mübadilə Xidməti və Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələrinə təşəkkürünü ifadə edib. Klaudio Kasperl bildirib ki, “Falling Walls Lab” müsabiqəsi bu il ilk dəfə olaraq Azərbaycandan müraciət etmiş fərdi tədqiqatçılar və tələbələr üçün açıq elan olunub. Müsabiqəyə ümumilikdə 80 layihə ideyası daxil olub və namizədliyi təsdiq edilmiş müsabiqə iştirakçılarına əvvəlcə təqdimat bacarıqları üzrə (piching) onlayn təlimlər keçirilib. AzTU, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, UFAZ, Azərbaycan Milli Elmlər Akademiyasının gənc tədqiqatçılarından ibarət 19 layihə müəllifi yekun mərhələyə vəsiqə qazanaraq AzTU-da keçirilən yekun tədbirdə öz ideyalarını 3 dəqiqə ərzində təqdim edib. Daha sonra Almaniyanın Azərbaycandakı səfirinin müavini Heiko Schwarz, Alman Akademik Mübadilə Xidmətinin Tbilisidəki Regional Ofisinin rəhbəri Gebhard Reul və Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Nargis Wieck çıxış edərək müsabiqə iştirakçılarına uğurlar diləyiblər.   Müsabiqənin yekun mərhələsində iştirak etmiş namizədlərin layihələrini Azərbaycanın ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və sənaye müəssisələrindən ibarət olan münsiflər heyəti qiymətləndirib. Qiymətləndirmə layihə ideyasının orijinallığı, innovativliyi və sahəyə faydalılığı, layihə ideyasının uyğunluğu və hədəf auditoriyasına təsir gücü və layihənin təqdim olunma səviyyəsi kimi meyarlar əsasında aparılıb. Bakı Ali Neft Məktəbini təmsil edən tədqiqatçı Zərifə Əsədullayeva “Dayanıqsız tikintiyə dayanıqlı çözüm” (“Breaking Walls of Unsustainable Construction”) layihəsi ilə müsabiqənin Azərbaycan üzrə qalibi seçilib. Qalib layihə binaların uzunömürlülüyünü artıran, onların təmir xərclərini azaldan və betonun özünü bərpasına imkan verərək CO2 emissiyalarını azaldan bioaktiv hidrogel kapsullarının işlənməsini əhatə edir. Qalib iştirakçı 2025-ci ilin noyabrın 6-da Berlində keçiriləcək müsabiqənin böyük final mərhələsində öz layihəsi ilə Azərbaycanı təmsil edəcək.  

Azərbaycan Texniki Universiteti (AzTU) və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) birgə təşkilatçılığı ilə AzTU-da “Falling Walls Lab” beynəlxalq müsabiqəsi təşkil olunub. Tə ..

2025-06-19
AzTU

Azərbaycan Texniki Universiteti “Qlobal Dayanıqlı İnkişaf Konqresi 2025”də fəal iştirak edir

16–19 iyun 2025-ci il tarixlərində İstanbulda keçirilən və dünya üzrə nüfuzlu “Times Higher Education” (THE) reytinq agentliyi tərəfindən təşkil olunan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə (Global Sustainable Development Congress – GSDC) Azərbaycan Texniki Universiteti (AzTU) öz təmsilçiliyini uğurla həyata keçirir.  Konqresdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə ölkəmizin 12 aparıcı ali təhsil müəssisəsindən ibarət 50 nəfərə yaxın nümayəndə heyəti iştirak edir. Azərbaycan pavilyonunda universitetlər dayanıqlı inkişaf sahəsində həyata keçirdikləri uğurlu təşəbbüslərini, layihələrini və tədqiqat nəticələrini beynəlxalq elmi ictimaiyyətə təqdim edirlər.  Bu mühüm beynəlxalq platformada AzTU yeni əməkdaşlıqlar qurmaq və təcrübə mübadiləsi aparmaq imkanı qazanır, eləcə də universitetin dayanıqlı inkişafı istiqamətindəki səylərini daha geniş auditoriyaya çatdırır.  Konqresdə iştirak AzTU-nun beynəlxalq elmi şəbəkələrdə aktivliyini artırır və dayanıqlı inkişaf sahəsindəki mövqeyinin möhkəmlənməsi üçün önəmli fürsət yaradır. Eyni zamanda, AzTU-nun bu mühüm tədbirdə iştirakı onun qlobal elmi inkişaf proseslərində fəal rolunu və dayanıqlı inkişaf istiqamətində davamlı səylərini təsdiqləyir.

16–19 iyun 2025-ci il tarixlərində İstanbulda keçirilən və dünya üzrə nüfuzlu “Times Higher Education” (THE) reytinq agentliyi tərəfindən təşkil olunan “Qlobal Dayanıqlı ..

2025-06-18