Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-nun baş müəllimi vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının baş müəllimi Cavanşir Qasımov 73 yaşında vəfat edib. Cavanşir Qasımov 2003-ci ildən AzTU-da baş müəllim vəzifəsində çalışıb. O, çoxsaylı elmi məqalə, metodik vəsait, dərs vəsaiti və fənn proqramının müəllifi olub. AzTU-nun rəhbərliyi və kollektivi Cavanşir Qasımovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin!

Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının baş müəllimi Cavanşir Qasımov 73 yaşında vəfat edib. Cavanşir Qasımov 2003-ci ildən ..

2023-08-09
AzTU

Yeni tədris ilindən AzTU ilə BTU arasında ikili diplom proqramının icrasına başlanılacaq

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Rəqəmsal məmulların layihələndirilməsi və istehsalı / Digitale Produktentwicklung und Produktion” layihəsi çərçivəsində 2023/2024-cü tədris ilindən başlayaraq maşın mühəndisliyi ixtisası üzrə ikili diplom proqramı (tədris alman dilində) əsasında magistr hazırlığının tədris planı ilə bağlı yekun müzakirələr aparılıb. Müzakirələrdə Brandenburq Texniki Universiteti Cottbus-Senftenberg (BTU Cottbus-Senftenberg) tərəfdən layihənin rəhbəri, Maşınqayırma, elektrik və enerji sistemləri fakültəsinin tədris işləri üzrə dekan müavini, Metalkəsən dəzgahlar kafedrasının müdiri professor Sylvio Simon və Azərbaycan Texniki Universitetinin (AzTU) Alman mühəndislik fakültəsinin dekanı Ərəstun Məmmədov iştirak edib. Magistratura səviyyəsində materialşünaslıq mühəndisliyi ixtisası üzrə ikili diplom proqramının BTU tərəfdən koordinatoru, Birləşmə və qaynaq kafedrasının müdir müavini (tədris və tədqiqat üzrə baş mühəndis) Ralf Ossenbrink ilə də görüş keçirilib. Bundan başqa, 4-5 dekabr 2023-cü il tarixlərində AzTU, BTU və Türkiyənin Qazi Universitetinin təşkilatçılığı ilə AzTU-da keçiriləcək “Maşınqayırma və enerji: yeni konsepsiyalar və texnologiyalar” mövzusunda II beynəlxalq elmi-praktik konfransına hazırlıq məsələləri də müvafiq qurumlarla ətraflı müzakirə edilib. 

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Rəqəmsal məmulların layihələndirilməsi və istehsalı / Digitale Produktentwicklung und Produktion” layihəsi çərçivəsində 2023/2024-cü t ..

2023-08-01
AzTU

AzTU tələbələri Almaniyada təcrübə keçiblər

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Almaniyanın Brandenburq Texniki Universiteti Cottbus-Senftenberg (BTU Cottbus-Senftenberg) arasında əməkdaşlıq uğurla davam etdirilir. Əməkdaşlıq çərçivəsində Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Bir qrup xarici tələbənin Almaniyada tədris təcrübəsi 2023” proqramı üzrə qazanılmış təqaüd əsasında AzTU-nun bir qrup tələbəsi Alman mühəndislik fakültəsinin dekanı dos. Ərəstun Məmmədovun rəhbərliyi ilə BTU-da, həmçinin bir sıra tədris və istehsalat müəssisələrində təcrübə keçib.     “Ekoloji təmiz məmulun layihələndirilməsi / Umweltfreundliches Produktdesign“ mövzusuna həsr edilən təcrübə müddətində AzTU tələbələri 4  qrupa ayrılıb. Əvvəlcə tələbələrə mövzuya uyğun fərdi tapşırıqlar verilib. Praktiki məşğələlər BTU-nun Metalkəsən dəzgahlar kafedrasının müasir standartlar səviyyəsində təchiz edilmiş tədris və elmi-tədqiqat laboratoriyalarında keçirilib. Hər bir qrup üzrə nəticələr müzakirə edildikdən sonra təcrübənin ümümi nəticəsi haqqında DAAD üçün geniş hesabat hazırlanıb. Daha sonra tələbələrin "neseef" beynəlxalq şəbəkəsi üzrə AzTU və BTU-nun tərəfdaş universiteti olan Polşanın Zielona Gora Universitetinə səfəri zamanı bu ali məktəbin müasir avadanlıqlarla təchiz edilmiş tədris və elmi-tədqiqat laboratoriyalarına baxış keçirilib.  Təcrübə dərsləri çərçivəsində BTU-nun prezidenti professor Gesine Grande AzTU tələbələri ilə görüşüb, onların təəssüratları ilə maraqlanıb. Gesine Grandenin AzTU tələbələri ilə görüşü haqqında BTU-nun rəsmi feysbuk və instaqram səhifələrində də ətraflı məlumatlar verilib. Təcrübənin sonunda tələbələrə sertifikat təqdim edilib. Tələbələr Almaniyaya səfər çərçivəsində həftə sonlarında və təcrübədən kənar vaxtlarda bir sıra mədəni-kütləvi tədbirlərdə də iştirak ediblər. Belə ki, tələbələr Berlin şəhərində Reyxstaq və Brandenburg Qapısı, Drezden şəhərində Drezden Qalereyası (Dresdner Zwinger) və Semper Operası, Potsdam şəhərində tarixi Sanssouci Sarayı və s. kimi yerlərlə yaxından tanış olub, onlara Almaniyanın tarixi və mədəniyyəti haqqında ətraflı məlumat verilib.

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Almaniyanın Brandenburq Texniki Universiteti Cottbus-Senftenberg (BTU Cottbus-Senftenberg) arasında əməkdaşlıq uğurla davam etdirilir. Əməkdaşl ..

2023-08-01
AzTU

AzTU-nun 5 illik institusional akkreditasiya şəhadətnaməsi təqdim edilib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova ilə görüşüb. Rektor universitetin gələcək hədəfləri, həmçinin beynəlxalq akkreditasiya təşkilatları ilə əlaqələri haqqında məlumat verib. Bildirib ki, akkreditasiyanın keçirilməsi universitetlərin inkişafına xidmət edir. TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova qeyd edib ki, təhsilin bütün səviyyələrində keyfiyyətin təminatı sisteminin beynəlxalq standartlara uyğun qurulması akkreditasiya prosesinin əsas məqsədlərindən biridir. Ülkər Səttarova AzTU-da akkreditasiya prosesinin uğurla tamamlandığını bildirib və universitetin rektoru Vilayət Vəliyevi bu münasibətlə təbrik edib. Daha sonra Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə AzTU-nun 5 il müddətində institusional akkreditasiya olunduğu ilə bağlı şəhadətnamə rektor Vilayət Vəliyevə təqdim olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova ilə görüşüb. Rektor universi ..

2023-07-31
AzTU

AzTU-da külək qurğuları quraşdırılıb

AzTU-da yaşıl enerji texnologiyalarının tədrisi üzrə bilik və bacarıqların davamlı yüksəldilməsi, energetika sahəsində yüksəkixtisaslı kadrların hazırlanması üçün universitetin həyətində külək qurğuları istifadəyə verilib. Qurğu hər birinin gücü 2 kVt olan 2 ədəd külək turbini, elektrik enerjisinin akkumlyasiyası üçün tutumu 2000 Amper-saat olan batareyadan ibarətdir. Külək qurğuları həm avtonom, həm də paylayıcı şəbəkə sisteminə qoşulma imkanına malikdir. AzTU-da bərpa olunan enerji sahəsində təhsil alan tələbələr sözügedən avadanlıqlar vasitəsilə yaşıl enerji qurğularının ümumi şəbəkəyə qoşulması, şəbəkədən asılı olmadan avtonom rejimdə işləməsi, əsas konstruktiv elementlərinin iş prinsipi ilə tanış olacaq və praktiki vərdişlərə yiyələnəcəklər.

AzTU-da yaşıl enerji texnologiyalarının tədrisi üzrə bilik və bacarıqların davamlı yüksəldilməsi, energetika sahəsində yüksəkixtisaslı kadrların hazırlanması üçün universiteti ..

2023-07-26
AzTU

Tələbələrin köçürülməsi üzrə sənəd qəbuluna başlanılır

İyulun 25-də saat 11:00-dan tələbələrin köçürülməsi üzrə sənəd qəbulu prosesinə başlanılır.  Sənəd qəbulu 31 iyul saat 23:59-dək davam edəcək.   Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud ixtisasının dəyişdirilməsi, xarici ölkə ali təhsil müəssisələrindən ölkədaxili ali məktəblərə bərpası, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu transfer.edu.az portalı vasitəsilə həyata keçirilir.   Portala müraciət edən şəxslər köçürülmək (bərpa olunmaq) istədikləri təhsil müəssisəsini və ya ixtisası seçmək imkanına malikdirlər. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları elektron müraciətlərinə daxil etməklə sorğu göndərə bilərlər.  Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.  Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alan şəxslərin köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.  Proseslə bağlı əlavə məlumat əldə etmək üçün Elm və Təhsil Nazirliyinin 146-6 Çağrı Mərkəzi və ya rəsmi "Whatsapp" xidməti ilə (+994 51 206 78 48) əlaqə saxlamaq mümkündür. 

İyulun 25-də saat 11:00-dan tələbələrin köçürülməsi üzrə sənəd qəbulu prosesinə başlanılır. Sənəd qəbulu 31 iyul saat 23:59-dək davam edəcək. Tələbələrin ölkə daxi ..

2023-07-25
AzTU

AzTU-nun tələbəsi vəfat edib

AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin birinci kurs magistr tələbəsi Vüsal Niftalıyev vəfat edib.  AzTU-nun rəhbərliyi və kollektivi Vüsal Niftalıyevin vaxtsız vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin!

AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin birinci kurs magistr tələbəsi Vüsal Niftalıyev vəfat edib. AzTU-nun rəhbərliyi və kollektivi Vüsal Niftalıyevin vaxtsız vəfatı ..

2023-07-23
AzTU

Türkiyənin Həsən Kalyoncu Universitetinin departament rəhbəri AzTU-da olub

Türkiyənin Həsən Kalyoncu Universitetinin Strateji inkişaf və keyfiyyət təminatı departamentinin müdiri Tuba Gündoğdu “Erasmus+” proqramı çərçivəsində AzTU-da səfərdə olub. Səfər çərçivəsində Tuba Gündoğdu tərəfindən "Türkiyə nümunəsində ali təhsil müəssisələrinin strateji inkişafı və keyfiyyət təminatı" mövzusunda seminar keçirilib. Seminarda AzTU-nun nümayəndələri ilə yanaşı, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndəsi, AzMİU, ADMİU və SDU-nun müvafiq strukturlarının rəhbərləri və əməkdaşları da iştirak edib. AzTU-nun Keyfiyyətin Təminatı Mərkəzi və Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə keçirilən seminarda iştirakçılara Həsən Kalyoncu Universitetində idarəetmə sistemi, keyfiyyət komissiyasının yaradılması və fəaliyyəti haqqında ətraflı məlumat verilib. Seminarın sonunda Tuba Gündoğdu iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Türkiyənin Həsən Kalyoncu Universitetinin Strateji inkişaf və keyfiyyət təminatı departamentinin müdiri Tuba Gündoğdu “Erasmus+” proqramı çərçivəsində AzTU-da səfərdə olub. S ..

2023-07-21
AzTU

AzTU-nun mühəndislik ixtisasları üzrə magistratura səviyyəsinə qəbul olunanların nəzərinə!

Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) ilə əməkdaşlıq çərçivəsində sənayenin və əmək bazarının tələblərinə uyğun olamaqla yüksək ixtisaslı mühəndis hazırlığı üzrə  “AzTU-Türkiyə Aerspace, MGP 2023.1” təlimləri proqramına qəbul elan edilir. Təlim proqramı Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı və Milli Aviasiya Akademiyasının (MAA) dəstəyi ilə həyata keçirilir. Təlim proqramı aerokosmik mühəndislik, informasiya texnologiyaları, mexatronika, maşın mühəndisliyi, elektrik-elektronika, xəbərləşmə (radioelektronika), metallurgiya və s. mühəndislik sahələrində ixtisaslaşanların birgə iştirakı və layihə yanaşması əsasında təşkil olunur. Təlim proqramının işçi dili Türkiyə türkcəsi olsa da, istifadə olunan bütün resurs və materiallar (ədəbiyyatlar, təqdimatlar) ingilis dilindədir. Tələblər: Namizədlərin texniki ingilis dili ədəbiyyatları ilə işləmək, başa düşmək, zəngin texniki söz ehtiyatlarına malik olmaq, ingilis dilində araşdırma apararmaq, təqdimat hazırlayacaq qədər yetkin olması mütləqdir. Şəxsi məlumatlar, CV (nümunəyə uyğun) və elektron poçt ünvanı dəqiq yazılmalıdır. Bu tələbləri ödəməyən müraciətlər texniki baxışdan keçmir və baxılmır. Qeydiyyat və CV qəbulu üçün son tarix: 27 iyul 2023-cü il Onlayn imtahan (qabiliyyət və ingilis dili): 28-29 iyul 2023-cü il Qiymət: AzTU və MAA tələbələri üçün ödənişsizdir. Əlaqələndirici şəxs Nicat Bəkirli: mobil/vatsap (+994 55) 2817109 İmtahandan keçən namizədlər müsabiqəyə (31 iyul-4 avqust 2023-cü il) dəvət olunacaq. Müsabiqə AzTU-da (Hüseyn Cavid 25) keçiriləcək. Qeydiyyat üçün link  CV nümunəsi   Proqram haqqında: Təlim proqramı 4 sentyabr-30 dekabr 2023-cü il tarixlərində (4 ay) saat 9:00-dan 18:00-dək həftədə 5 gün müddətində davam edəcək. Təlim proqramında iştirakçıların say həddi 48 nəfərdir. Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikat təqdim olunacaq.

Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) ilə əməkdaşlıq çərçivəsində sənayenin və əmək bazarının tələblərinə uyğun olamaqla yüksək ixtisaslı mühəndis hazırlığ ..

2023-07-20
AzTU

AzTU-nun tərəfdaş olduğu IQAinAR layihəsinin fəaliyyəti bərpa olunub

Avropa Birliyinin maliyyə dəstəyi ilə “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) layihəsinin bir illik fasilədən sonra yenidən icraya başlaması ilə əlaqədar tədbir keçirilib. Açılış tədbirində layihənin yeni tərəfdaşları da iştirak edib.  Qeyd olunub ki, Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin baş koordinatorluğu ilə keçirilən IQAinAR layihəsinin mövcud tərəfdaşları sırasına Azərbaycan Texniki Universiteti (AzTU) və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) də daxil edilib. Layihənin müddəti isə 14.01.2025-ci ilə qədər uzadılıb. Açılış tədbirində yeni tərəfdaşların təqdimatı olub. Tərəfdaşlar yeni tərkibdə yaradılmış konsorsiumun bütün üzvlərinin iştirakı ilə layihə planı, iş qrafiki və bölgüsünü müzakirə edərək razılığa gəliblər. Həmçinin layihəyə edilən dəyişikliklər, büdcənin idarə edilməsi, eləcə də layihənin ictimaiyyətə çatdırılması ilə əlaqədar məsələlər müzakirə olunub. Görüşdə oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılan konsorsium üzvlərinin ilk toplantısı barədə də fikir mübadiləsi aparılıb.

Avropa Birliyinin maliyyə dəstəyi ilə “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirm ..

2023-07-20