Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub. AzTU-da keçirilən tədbirdə rektor Vilayət Vəliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkilləri Şahin İsmayılov, Məlahət İbrahimqızı, Anar Məmmədov, Naqif Həmzəyev, Fatma Yıldırım, Rüfət Quliyev və universitet nümayəndələri iştirak edib. Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra “AzTU TV”nin Ulu Öndər haqqında hazırladığı video nümayiş etdirilib. AzTU-nun rektoru Vilayət Vəliyev görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, onun milli dövlətçilik strategiyasından danışıb. Bildirib ki, bugünkü müstəqilliyimizin təməli məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə qoyulub. Rektor deyib ki, dahi şəxsiyyət Heydər Əliyev türk dünyasının lideri idi. Azərbaycanla türk dünyası arasında əlaqələrin qurulmasında Ulu Öndərin əvəzsiz xidmətləri xüsusi vurğulanıb. Rektor bildirib ki, azərbaycançılıq ideologiyasının yaranması və inkişafı da məhz Ulu Öndərin adı ilə bağlıdır. Bu gün ümummilli lider Heydər Əliyevin siyasi xətti Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkilləri Məlahət İbrahimqızı, Anar Məmmədov, Naqif Həmzəyev və Rüfət Quliyev Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolundan danışıblar, onun ölkəyə rəhbərlik etdiyi illərdə misilsiz xidmətləri ilə bağlı fikirlər bildiriblər. Qeyd olunub ki, Ümmummilli Lider Azərbaycanın bu günü və gələcəyi üçün zəngin irs qoyub. Xalqın yaddaşında xilaskar obrazı ilə qalan Heydər Əliyevin ideyaları daim yaşayacaq. Çıxışlardan sonra AzTU-nun ictimai-sosial həyatında fəallıq göstərən partiya üzvləri YAP Yasamal rayon təşkilatı tərəfindən fəxri fərmanla mükafatlandırılıb. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni üzv olan əməkdaş və tələbələrə üzvlük vəsiqələri təqdim olunub.     

Azərbaycan Texniki Universiteti (AzTU) və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir ke ..

2023-05-04
AzTU

AzTU-nun prorektoru İzmir-İstanbul-Bakı Meqa Texnologiya Dəhlizinin açılışında iştirak edib

  Azərbaycan Texniki Universitetinin (AzTU) prorektoru Rəşad Əliyev İzmir-İstanbul-Bakı Meqa Texnologiya Dəhlizinin açılış mərasimində iştirak edib.    Daha ətraflı: https://twitter.com/TCSanayi/status/1653323508087226375?s=20

Azərbaycan Texniki Universitetinin (AzTU) prorektoru Rəşad Əliyev İzmir-İstanbul-Bakı Meqa Texnologiya Dəhlizinin açılış mərasimində iştirak edib. Daha ətraflı: https://twitter.c ..

2023-05-03
AzTU

AzTU əməkdaşları Türkiyədə beynəlxalq həftədə iştirak ediblər

Azərbaycan Texniki Universitetinin (AzTU) Universitet-Sənaye Əməkdaşlığı və Ömürböyü Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova, Tədris şöbəsinin  təcrübə qrupunun rəhbəri Tuti Abdullayeva və Beynəlxlaq əlaqələr şöbəsinin beynəlxalq layihələr qrupunun rəhbəri Mətanət Paşayeva Türkiyənin Kütahya Dumlupınar Universitetinin ”Erasmus+ KA1” proqramı çərçivəsində təşkil etdiyi beynəlxalq həftədə iştirak ediblər. 15 ölkənin  ali təhsil müəssisəsindən 70-ə yaxın nümayəndənin qatıldığı tədbirin ilk günündə iştirakçı universitetlərin beynəlmiləlləşmə və mobillik mövzusunda təqdimatları olub. Həftə ərzində “Beynəlxalq layihələrin idarə olunması və davamlılığının təmin olunması”, “Beynəlxalq şəbəkələr və strategiyanın əhəmiyyəti”, “Universitetlərdə beynəlxalq əməkdaşlıqlar: Dəyişən kontekstdə yeni tələb və fürsətlər”, “Beynəlxalq tələbələr və fürsətlər: Çətinliklərə üstün gəlmək”, “Akademik heyət üçün beynəlxalq əməkdaşlıq fürsətləri: Onlayn beynəlxalq yay məktəbi” mövzularında müzakirələr aparılıb. Səfər çərçivəsində tədbir iştirakçıları Kütahya Dumlupınar Universitetinin tədris və tədqiqat infrastrukuru ilə tanış olublar.  

Azərbaycan Texniki Universitetinin (AzTU) Universitet-Sənaye Əməkdaşlığı və Ömürböyü Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova, Tədris şöbəsinin təcrübə qrupunun rəhbəri ..

2023-05-03
AzTU

AzTU “SKY Global Internship” Mübadilə Proqramında təmsil olunur

Gənc mühəndislərin əmək bazarının tələbləri səviyyəsində hazırlanması məqsədilə texniki universitetlər, o cümlədən Azərbaycan Texniki Universiteti (AzTU) yeni layihələrə imza atır. Belə ki, gənclərin praktiki biliklərinin inkişaf etdirilməsi məqsədilə AzTU 2022-ci ildən Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) ilə sıx əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində AzTU-nun Müdafiə Sənayesi İnstitutunun mütəxəssisi Nicat Bəkirli, Sosial İnkişaf Mərkəzinin baş mütəxəssisi, Radioelektron və aerokosmik sistemlər kafedrasının assistenti Malik Əliyev, 3311.01 - cihazqayırma texnologiyası ixtisası üzrə (qiyabi) doktorant Bibixanım Cabbarlı və maşın mühəndisliyi ixtisası üzrə I kurs magistr tələbəsi Merac Abasquliyev 2-26 may 2023-cü il tarixlərində təşkil edilən “SKY Global Internship” Mübadilə Proqramında iştirak edir. Proqram üzrə müasir təcrübənin ölkəmizdə inteqrasiyası, birgə imkanların artırılması məqsədilə Milli Aviasiya Akademiyasının (MAA) əməkdaş və tələbələrinin təmsil olunduğu 6 nəfərlik dinləyici heyəti də AzTU-nun təşəbbüsü ilə “SKY Global Internship” Mübadilə Proqramında təmsil olunur.   Qeyd edək ki, TUSAŞ ilə qarşılıqlı razılaşmaya əsasən, təcrübə proqramlarında AzTU üçün ayrılan yer sayı 20 nəfərdir. Bu istiqamətdə tələblərin müəyyən edilməsi və seçimlərin təşkili AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzi tərəfindən koordinasiya edilir.    

Gənc mühəndislərin əmək bazarının tələbləri səviyyəsində hazırlanması məqsədilə texniki universitetlər, o cümlədən Azərbaycan Texniki Universiteti (AzTU) yeni layihələrə imz ..

2023-05-03
AzTU

AzTU-da “Yol hərəkətinin təhlükəsizliyi” layihəsinin təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “Yol hərəkətinin təhlükəsizliyi”    layihəsinin təqdimatı keçirilib.  Tədbirdə tələbələrə yol hərəkəti qaydaları, son illər yollarda baş verən qəzalar və səbəbləri barədə ətraflı məlumat verilib. Layihə çərçivəsində yol hərəkətinin təşkili və təhlükəsizliyi qaydaları ilə bağlı təlim keçirilib.  Qeyd edək ki, layihə Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” qrant müsabiqəsinin qalibi olub.   

Azərbaycan Texniki Universitetində (AzTU) “Yol hərəkətinin təhlükəsizliyi” layihəsinin təqdimatı keçirilib. Tədbirdə tələbələrə yol hərəkəti qaydaları, son illər yollar ..

2023-05-02
AzTU

Ali məktəb və kolleclər arasında keçirilən idman turnirinin qalibləri mükafatlandırılıb

Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş idman turnirinin bağlanış mərasimi olub. Bakı Dövlət Universitetində (BDU) Turnir Yasamal rayonunda yerləşən ali və orta ixtisas təhsili müəssisələri arasında keçirilib. Bakı Dövlət Universitetində (BDU) təşkil olunan tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev və digər qonaqlar iştirak ediblər. Əvvəlcə futzal üzrə AzTU və Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları arasında final qarşılaşması keçirilib. Daha sonra 7 idman növü üzrə qalib komandaların mükafatlandırılması mərasimi olub. Qeyd edək ki, AzTU komandaları stolüstü tennis, voleybol (oğlanlar arasında) və basketbol (oğlanlar arasında) yarışlarında birinci, futzal (oğlanlar arasında) və şahmat yarışlarında isə ikinci yerə layiq görülüb.  

Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider He ..

2023-05-01
AzTU

AzTU-da “Oxu günü” keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) tələbələr arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın artırılması məqsədilə “Oxu günü” keçirilib. Tədbirin rəsmi hissəsində çıxış edən Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev bildirib ki, UNESKO-nun qərarı ilə hər il aprelin 23-ü “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” kimi qeyd edilir. Bütövlükdə aprel ayını kitabın, mütaliənin təşviqi və təbliği istiqamətində görülən işlərə həsr etmək tövsiyə olunur ki, bu da tələbələrin elmə, təhsilə, eyni zamanda kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədi daşıyır. Həbib Mirzəyev kitabın şəxsiyyətin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərinin təşəkkülündə müstəsna rolunu da diqqətə çatdırıb. Daha sonra  çıxış edən Humanitar fənlər kafedrasının dosenti Afaq Zeynalova belə tədbirin tələbələrin mənəvi zənginləşməsi baxımından əhəmiyyətini bildirib. Tədbirin bədii hissəsində AzTU tələbələrinin ifasında xalq şairi Səməd Vurğunun “Vaqif” dramının motivləri əsasında hazırlanan eyniadlı tamaşadan səhnə və görkəmli şair Mikayıl Müşfiqlə ömür-gün yoldaşı Dilbər Axundzadənin tanışlıq səhnəsi təqdim edilib. Tələbələr həmçinin xalq şairləri Məmməd Araz, Bəxtiyar Vahabzadə və Zəlimxan Yaqub yaradıcılığından şeirlər səsləndiriblər.

Azərbaycan Texniki Universitetində (AzTU) tələbələr arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın artırılması məqsədilə “Oxu günü” keçirilib. Tədbi ..

2023-05-01
AzTU

AzTU ilə alman şirkətləri arasında əlaqələr genişlənir

Almaniyanın “Siemens Energy” şirkətinin Elm və təhsil departamentinin rəhbəri Yaşar Musayev, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin müavini Kamran Hüseynov, Almaniyanın Azərbaycandakı səfrliyinin əməkdaşı Heike Schvarz və bir sıra alman şirkətlərinin nümayəndələri AzTU-da olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Görüş zamanı “Siemens” şirkətinin AzTU-da yaşıl enerji texnologiyaları üzrə laboratoriyanın qurulmasında dəstək imkanları müzakirə olunub. Bundan başqa, birgə konfransların keçirilməsi, Almaniyanın bərpa olunan enerji mənbələri üzrə fəaliyyət göstərən müəssisələri ilə AzTU arasında elmi-texniki əlaqələrin qurulması haqqında fikir mübadiləsi aparılıb.       

Almaniyanın “Siemens Energy” şirkətinin Elm və təhsil departamentinin rəhbəri Yaşar Musayev, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin müavini Kamran Hüsey ..

2023-05-01
AzTU

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda “TEKNOFEST” festivalında iştirak ediblər

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti    Rəcəb Tayyib Ərdoğan İstanbulda   keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak  ediblər.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev   və birinci xanım Mehriban Əliyeva qardaş ölkənin texnoloji inkişafının daha bir göstəricisi olan “Togg”  avtomobili ilə festivalın keçirildiyi məkana gəldilər.  Yolboyu düzülən festival iştirakçıları prezidentləri, birinci xanımları gül-çiçək dəstələri və sürəkli alqışlarla   qarşıladılar.  Sonra xatirə şəkli çəkdirildi.  Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe çıxışında “TEKNOFEST”ə dəvət edilməsini və bu tədbirdə   iştirakını Türkiyə ilə Liviya arasında dərin tarixi əlaqələrin və iki xalqın birliyinin göstəricisi olduğunu dedi.  Müasir Türkiyənin inkişafında Rəcəb Tayyib Ərdoğanın rolunu vurğulayan Liviyanın Baş naziri bildirdi ki,   Türkiyə bu gün uğurlu dövlət modelinin ən gözəl nümunəsidir. Bu gün biz xalqına, millətinə və Vətəninə   sözün həqiqi mənasında xidmət edən bir Türkiyə modelini görürük. Akkuyu Atom Elektrik Stansiyasının inşasının Türkiyənin imkanlarını daha da genişləndirəcəyini vurğulayan Əbdülhəmid Dibeybe diqqətə çatdırdı ki, bu gün Türkiyə dövləti müdrik rəhbərliyi, sahib olduğu böyük  imkanları sayəsində bütün maneələrə qarşı sarsılmaz mövqe nümayiş etdirir.  Fevralın 6-da baş vermiş zəlzələnin fəsadlarının Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi və türk xalqının   əzmkarlığı sayəsində sürətlə aradan qaldırıldığını deyən Baş nazir bərpa işlərinin uğurla həyata keçirildiyini   vurğuladı.  Əbdülhəmid Dibeybe bildirdi ki, əhatə coğrafiyasını ildən-ilə genişləndirən “TEKNOFEST” Türkiyənin   kosmos, aviasiya və texnologiya sahələrində necə sürətlə inkişaf etdiyini göstərir. O, Liviyanın hava   hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə verdiyi töhfələrə görə Türkiyə dövlətinə və “Baykar”   şirkətinə təşəkkürünü bildirdi.                                                            x x x  Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.                                                   Prezident İlham Əliyevin                                                              çıxışı  - Hörmətli Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, hörmətli Əminə xanım, hörmətli və əziz   dostlar.  Qardaş ölkədə yenidən olmağımdan çox məmnunam. Sizə Azərbaycan xalqının səmimi salamlarını   gətirmişəm. Bir il öncə “TEKNOFEST” festivalı Bakıda keçirilmişdir və əziz qardaşımla bərabər biz   “TEKNOFEST”də iştirak etmişdik. Bu gün mən buradayam. Bu, bir daha onu göstərir ki, Türkiyə və   Azərbaycan hər zaman bir yerdədir. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir.  Eyni zamanda, iki il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən   müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var.   Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi   nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Türkiyə, onun Cümhurbaşqanı, qardaş türk   xalqı daim bizim yanımızda idi.  İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb   Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı   dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə   güc verdi, əlavə ruh verdi.  Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir. Hörmətli Cümhurbaşqanının liderliyi ilə Türkiyə   dünya çapında söz sahibinə çevrilmiş, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır.   Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Ötən ay türk dövlətlərinin Ankarada   keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim   ümumi həmrəyliyimizi bildirmişdir. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii   qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası   qarşısında tarixi xidmətləri vardır.  Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gündən-günə Türkiyənin önəmi,   rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni gücləndirir, həm də Türkiyənin müttəfiqlərini gücləndirir.   Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu   gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm   Türkiyəni, həm bizi gücləndirir və uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcəkdir.  Bu gün “TEKNOFEST”də iştirak edərkən “TEKNOFEST”in qurucusu, əziz qardaşımız Selçuk Bayraktarın   xidmətlərini də qeyd etmək istərdim. Selçuk bəy Azərbaycanda dəfələrlə olmuş, o cümlədən azad edilmiş   torpaqlarda, Şuşada. Son gəlişində - aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında   danışdıq və Azərbaycanda “Bayraktar” mərkəzinin yaradılması haqqında razılığa gəldik. İnşallah, yaxın   gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq, orada təhsil, xidmət, istehsal da olacaqdır.   Selçuk bəy Bakıda olarkən “Kızılelma”nın bir maketini hədiyyə etdi. Mən fürsətdən istifadə edərək   “Kızılelma” ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə   “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır. “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu”   dənizdə - bugünkü Türkiyə budur.  Bir neçə gündən sonra Azərbaycan xalqı çağdaş Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin   100 illiyini qeyd edəcək. Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu gün   biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan   bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”.  Mən bu il üçüncü dəfə qardaş ölkəyə səfər edirəm. Fevral ayında olmuşam, mart ayında olmuşam, bu gün   buradayam. Əziz qardaşım, növbə Sizindir. Biz Sizi gözləyirik, bütün Azərbaycan xalqı Sizi gözləyir, Sizi   öpür, qucaqlayır, Sizə öz hörmət və sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir!                                                             x x x  “TEKNOFEST” çərçivəsində Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa   edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn   rejimdə təməlinin qoyulması mərasimi oldu.  Azərbaycanın Türkiyəyə bu qardaşlıq köməyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən   Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi:  - Əziz xalqım, xanımlar və cənablar.  Əziz qardaşım İlham Əliyev lap əvvəldən mərkəzi Pazarcık olan zəlzələdə bizi heç vaxt yalnız qoymadı. İlk   andan etibarən axtarış-xilasetmə heyətləri Kahramanmaraşda bizimlə birlikdə oldu. Onunla da   kifayətlənmədi, daha sonra İlham qardaşım Kahramanmaraşda min evin inşa ediləcəyinə söz verdi. Təbii   ki, orada məktəbi, məscidi, yataqxanası və yaşayış binaları olan bir Azərbaycan şəhəri inşa etməyi qərara   aldı. Bu gün fürsətdən istifadə edərək, indi onun təməlini qoyacağıq. Vahid Kirişçi bəy qarşımızdadır.  Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi: Ehtiramımızı ifadə edirəm, cənab Prezidentim.   Buradakı iştirakçılar adından Zati-alinizi, möhtərəm Prezidenti, hörmətli xanımları dərin ehtiramla   salamlayıram.  Prezident Rəcəb Tayyib Ərdoğan: İndi ətrafı yaxından göstərin, harada nə var görək. Layihə möhtəşəmdir.   Bu layihəni, İnşallah, qısa müddətdə haqqı çatanlara Azərbaycanın əli ilə təqdim edəcəyik.                                                             x x x  Sonra yaşayış kompleksinin təməli qoyuldu.  Prezident Rəcəb Tayyib Ərdoğan: İlham qardaşım deyir ki, bir ildə başa çatdırılmalıdır, xeyirli olsun.  Prezident İlham Əliyev: Xeyirli olsun.                                                               x x x  Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk   dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış   xatirə əsginasını təqdim etdi.                                                              x x x  Festivalda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi:  - Azərbaycan Prezidenti əziz qardaşım İlham Əliyev.  Liviyanın Baş naziri qardaşım Əbdülhəmid Dibeybe.  Əziz istanbullular, xanımlar və cənablar, “TEKNOFEST”in hörmətli iştirakçıları, əziz gənclər.  Sizi ən səmimi hisslərimlə, sevgi və məhəbbətlə salamlayıram.  Maşallah, bu il də İstanbulda “TEKNOFEST” başqa cür gözəldir. Burada sizin vasitənizlə ölkəmizin 81   vilayətindəki bütün gənc ürəklərə salamlarımı göndərirəm. Könül coğrafiyamızın hər tərəfindəki   gənclərimizi, gənc qardaşlarımızın hamısını buradan bir daha sevgi ilə salamlayıram.  Dünyanın bir nömrəli aviasiya, kosmik və texnoloji festivalı “TEKNOFEST”də sizlərlə bərabər olmaqdan   böyük məmnunluq duyuram. İstanbulumuzdan və Türkiyənin müxtəlif şəhərlərindən “TEKNOFEST”ə təşrif   buyuran gənclərimizə “İstanbulumuza xoş gəldiniz!” deyirəm.  Azərbaycan Prezidenti, hörmətli qardaşım və dostum İlham Əliyevə xanımı ilə birlikdə bilavasitə iştirak   etdiyi üçün təşəkkür edirəm.  Eyni qaydada Liviyanın Baş naziri Dibeybe qardaşıma da təşəkkür edirəm.  Şöhrəti ölkəmizin sərhədlərini də aşan altıncı “TEKNOFEST”də sizlərlə birlikdəyik. Birincisini 2018-ci ildə   keçirdiyimiz “TEKNOFEST”, şükür olsun, artıq öz sahəsində bir markaya çevrilib. Keçən il Bakıda can   azərbaycanlı gənclərimizlə “TEKNOFEST” sevincini yaşadıq. Samsundan Qaziantepə qədər ölkəmizin   müxtəlif vilayətlərində texnologiyaya, müdafiə sənayesinə, elmə marağı olan gənclərimizlə bir araya   gəldik.  Builki texnologiya bayramımızı indi İstanbulda keçiririk, daha sonra İnşallah, Ankarada təşkil   edəcəyik.  Milli texnoloji həmləmizin konkret nümunələrinin nümayiş etdirildiyi “TEKNOFEST”in ölkəmizə, millətimizə   və siz gənclərimizə xeyirli olmasını diləyirəm. Bizlərə bu qürur mənzərəsini yaşadan T3 Vəqfinə,   nazirliklərimizə, bütün tərəfdaş qurum və təşkilatlarımıza təşəkkür edirəm. Müsabiqəyə qatılan, yer tutan,   layihələri və fikirləri ilə qarşıda yeni üfüqlər açan bütün qardaşlarımızı səmimi-qəlbdən təbrik edirəm.  “TEKNOFEST”də iştirak üçün müraciət edən komandaların sayının ildən-ilə dəfələrlə artdığını vurğulayan   Türkiyə Prezidenti dedi: “Bu festivala 2018-ci ildə 4333 komanda ilə Bismillah demişdik. Bu il 81 vilayət və   96 ölkədən 333 min komanda, 1 milyon iştirakçı müraciət edib. Yarışların kateqoriyası da 14-dən 41 əsas   və 102 alt kateqoriyaya çatıb. İştirakçıların sayının artması ilə birlikdə mükafatlarımızın məbləği də   yüksəlib. Cəmi 4 milyon mükafat və dəstək məbləği ilə başlayan proses 44 milyon lirəyə çatıb.   Rekordların  və ilklərin festivalı olan “TEKNOFEST”in qarşıdakı dövrdə uğur səviyyəsinin daha da   yüksələcəyinə inanıram”.  Fevralın 6-da baş verən zəlzələlərdən sonra əhalinin harayına çatan T3 Vəqfini və “Baykar” şirkətini təbrik   edən Rəcəb Tayyib Ərdoğan vurğuladı ki, “Baykar” şirkəti “Əsrin fəlakəti” qarşısında nümayiş etdirdiyi   nümunəvi mövqe ilə bu millətin doğma övladı olduğunu bir daha ortaya qoydu. Dövlət başçısı T3 Vəqfinin və   “TEKNOFEST” könüllülərinin dəfələrlə bölgəyə gedib zəlzələdən zərər çəkənlərin çətin günlərində   yanlarında olduqlarını xatırladaraq onlara minnətdarlığını ifadə etdi.  Kahramanmaraşda təməli qoyulan evlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Türkiyə   Prezidenti dedi: “Kahramanmaraşda təməlini bir az əvvəl birlikdə qoyduğumuz evlər üçün İlham qardaşıma   da çox təşəkkür edirəm. Azərbaycan dövləti və xalqı bu müddətdə dostluğun və qardaşlığın nə demək   olduğunu göstərdi”.  Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin yüksək texnologiyalara əsaslanan layihələr həyata keçirdiyini   qeyd edərək vurğuladı: “Təkcə son aylarda yaşadığımız inkişafı sizlər də gördünüz. Bir az əvvəl əziz   qardaşım İlham Əliyev də dedi: “Kızılelma” havaya qalxdı, “Togg” satışa çıxarıldı. Budur, “Kızılelma”,   “Akıncı” qarşımızdadır, “TCG Anadolu” gəmisi Dəniz Qüvvələrinə təqdim edildi”.  İndiyədək “TCG Anadolu” gəmisini 100 minə yaxın vətəndaşın ziyarət etdiyini diqqətə çatdıran Türkiyə   Prezidenti Qara dənizdə çıxarılan təbii qazın istismarına başlanılmasını, milli döyüş təyyarəsinin,   “Gökbey”  helikopterinin, “Hürjet” və “ATAK-2” qırıcılarının, “Altay” tankının istifadəyə verilməsini Türkiyənin   son illərdə böyük uğurlarının göstəricisi kimi dəyərləndirərək, “TEKNOFEST”in bütün bu nailiyyətlərin   rəmzi  olduğunu qeyd etdi.  Türkiyənin son illərdə kosmik sahədə də böyük uğurlar qazandığını qeyd edən Prezident Rəcəb Tayyib   Ərdoğan İMECE peykinin kosmosa göndərilməsinin əhəmiyyətini vurğulayaraq, Beynəlxalq Kosmik   Stansiyaya yola düşəcək türk pilotlar Alper Gezeravcıya və Tuva Cihangir Ataseverə uğurlar arzuladı.                                                                   x x x  Çıxışlardan sonra “TEKNOFEST” çərçivəsində keçirilmiş müsabiqələrin qaliblərinin mükafatlandırılması   mərasimi oldu.  Müsabiqənin qalibləri ilə xatirə şəkilləri çəkdirildi.  “Kızılelma” pilotsuz uçuş aparatının səmada manevrləri izlənildi.  “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar Azərbaycan Prezidenti İlham Əliyevə, Liviyanın   Baş naziri Əbdülhəmid Dibeybeyə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim   etdi.                                                                   x x x  Qeyd edək ki, milli texnoloji həmlə konsepsiyası ilə texnologiya sahəsində sürətlə inkişaf edən Türkiyənin   altıncı ildir təşkil etdiyi builki “TEKNOFEST” festivalı aprelin 27-də start götürüb. Mayın 1-dək davam   edəcək festival Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Sənaye və Texnologiya Nazirliyinin   birgə təşkilatçılığı, qardaş ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media   qurumlarından ibarət 120-dək qurumun tərəfdaşlığı ilə keçirilir. İldən-ilə genişlənən “TEKNOFEST”də beş   gün ərzində texnologiya, elm, aviasiya-pilotaj nümayişləri, sərgilər, konfranslar, texnoloji yarışlar,   mükafatlandırma mərasimləri və digər tədbirlər təşkil olunacaq.  Festival çərçivəsində keçirilən texnoloji yarışlar öz arzularını reallığa çevirmək istəyən gənclərin   layihələrinin təqdimatı üçün ideal platforma təklif edir. Məhz bunun nəticəsidir ki, bu möhtəşəm festivalın   iştirakçılarının sayı ildən-ilə sürətlə artmaqdadır. Belə ki, “TEKNOFEST”in ilk dəfə təşkil olunduğu 2018-ci   ildə tədbirə 4333 komanda və 20 min iştirakçı qatılmışdısa, bu il komandaların sayı 333 mindən,   iştirakçıların sayı isə 1 milyondan çoxdur. Builki “Texnoloji yarışlar”da 102 müxtəlif kateqoriya üzrə 41   yarış  keçirilir.  Xatırladaq ki, 2022-ci il mayın 26-29-da “TEKNOFEST” ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda   keçirilib. “TEKNOFEST Azərbaycan”ın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə   Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, eləcə də Nobel   mükafatı laureatı Əziz Səncər iştirak ediblər.   “TEKNOFEST Azərbaycan” festivalını 300 minə yaxın insan ziyarət edib. Festival çərçivəsində üç   beynəlxalq tədbir və səkkiz texnoloji müsabiqə təşkil olunub. Həmin müsabiqələrdə 5 mindən çox gəncin   formalaşdırdığı 1000-dən çox komanda yarışıb.

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və te ..

2023-04-29
AzTU

AzTU-nun rektoru İstanbulda “TEKNOFEST-2023” festivalının açılış mərasimində iştirak edib

İstanbul Atatürk Hava Limanında Türkiyədə milli texnologiyanın inkişafında mühüm rol oynayan bir çox təşkilatın tərəfdaşlığı, “Teknoloji Takımı Vakfı” (T3 Vakfı) və Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə “TEKNOFEST-2023” festivalının açılış mərasimi keçirilib.   Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev və maliyyə-təsərrüfat işləri üzrə prorektor Rəşad Əliyev açılış mərasimində iştirak edib. Açılış mərasimində çıxış edən  “Baykar” şirkətinin texnoloji lideri, TEKNOFEST İdarə Heyətinin və “Teknoloji Takımı Vakfı”nın (T3 Vakfı) Qəyyumlar Şurasının sədri, AzTU-nun fəxri doktoru Selçuk Bayraktar deyib: “İnkişaf etdirdiyimiz texnologiyalar yalnız bəşəriyyətə fayda verdikdə önəm qazanır. İnanıram ki, gənc qardaşlarımız TEKNOFEST çərçivəsində zəlzələ və fəlakətlərə həll yolları təklif edən texnologiyaları daha da inkişaf etdirəcəklər və inşallah, sabahımız daha da təhlükəsiz olacaq. TEKNOFEST dünəndən bu günə qədər beyinlərdə başlayan səssiz bir inqilabın adı oldu. Bu səssiz inqilabın dalğaları ildən-ilə genişlənir”. Selçuk Bayraktar qeyd edib ki, 2018-ci ildə ilk TEKNOFEST festivalı başlayarkən texnologiya yarışlarına qatılmaq üçün 20 min gənc müraciət etmişdi. İndi isə onların sayı bir milyonu ötüb. Açılış mərasimində sənaye və texnologiya naziri Mustafa Varank, müdafiə sənayesi naziri İsmayil Demir və başqaları çıxış ediblər. Çıxışlarda Türkiyənin texnologiyalar sahəsində qazandığı uğurlardan bəhs olunub. Festival çərçivəsində AzTU-nun rektoru Vilayət Vəliyev Türkiyənin TEKNOFEST-də iştirak edən aparıcı universitetlərinin rəhbərliyi və professor-müəllim heyəti ilə görüşüb. Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan festivalda 200 kvadratmetr ərazini əhatə edən milli pavilyonla təmsil olunur. Festivalda AzTU-nu Energetika və avtomatika fakültəsinin 2-ci kurs tələbəsi Cəbrayıl Babayev öz layihəsi ilə iştirak edir.

İstanbul Atatürk Hava Limanında Türkiyədə milli texnologiyanın inkişafında mühüm rol oynayan bir çox təşkilatın tərəfdaşlığı, “Teknoloji Takımı Vakfı” (T3 Vakfı) və Səna ..

2023-04-29