Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AKTA-nın üzvü olan şirkətlərin rəhbərləri AzTU-da tələbələrlə görüşüb

AKTA-nın üzvü olan şirkətlərin rəhbərləri AzTU-da tələbələrlə görüşüb

27.02.2023     297     AzTU

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) üzvü olan şirkətlərin rəhbərləri və sahə üzrə ekspertlər Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrlə görüşüb. Görüşdə AKTA-nın rəhbərliyi də iştirak edib.

Məqsəd İT və kibertəhlükəsizlik sahəsi üzrə təhsil alan tələbələrə müasir dövrün trendləri haqqında məlumat vermək, uğurlu karyera qurulması barədə tövsiyələri paylaşmaq və iş mühitində gəncləri gözləyən çağırışlar və tələbləri onların diqqətinə çatdırmaq olub.
Görüşdə ekspertlər tərəfindən tələbələrə bir sıra məlumat və tövsiyələr təqdim edilib.

AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov ölkəmizdə kibertəhlükəsizlik mütəxəssislərinə olan ehtiyac, sədr müavini Rauf Cabarov kiber icmanın vacibliyi, “Simbrella” şirkətinin təsisçisi və rəhbəri Seymur Məmmədov özünün AzTU-da başlayan karyerası və uğur hekayəsi, “Digital Umbrella” şirkətinin rəhbəri Ulduzə Xəlilova uğurlu peşə seçiminin əhəmiyyəti, “Cyberpoint” şirkətinin informasiya təhlükəsizliyi məsələləri üzrə direktor müavini Aydın Qurbanlı kibertəhlükəsizlik sektorunda olan tələblər və inkişafda digərlərindən fərqlənməyin vacibliyi, “AzeRobot” şirkətinin layihə rəhbəri İmamir Mirzoyeva şirkətdə tələbələr üçün yaradılmış iş imkanları, “İnterprobe” şirkətinin informasiya təhlükəsizliyinin rəhbəri Mahir Yüksəl kibertəhlükəsizlik üzrə mütəxəssislərin fərqli xüsusiyyətləri və sahə üzrə tələblər, “Kibertəhlükəsizlik Platforması”nın rəhbəri Şahin Alıyev gənclər üçün yaradılmış imkanlar barədə çıxış edib. Həmçinin sahənin ekspertləri Ramil Baxşıyev və Teymur Hacıyev də tələbələrə gələcəkdə uğurlu ola bilmələri üçün bir sıra tövsiyələr verib.

Tələbələrdə yüksək maraq doğuran görüş onların çoxsaylı sualları ətrafında müzakirələrlə davam edib.


Digər xəbərlər