Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Avstriyada mobillik proqramında iştirak edəcək tələbələrlə görüş keçirilib

Avstriyada mobillik proqramında iştirak edəcək tələbələrlə görüş keçirilib

07.05.2024     142     AzTU

Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən Aqrar və Ekoloji Pedaqogika Universitetində təcrübə və tədqiqat əsaslı mobillik proqramında iştirak hüququ qazanmış Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ilə görüş keçirilib.

Görüşdə Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları iştirakçılara proqramla bağlı məlumat veriblər. Qeyd olunub ki, sözügedən mobillik AzTU-nun tərəfdaşı olduğu Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus+ KA2” proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) çərçivəsində həyata keçirilir.

İştirakçılar öz tədqiqat mövzularını təqdim edərək, proqramda iştirak zamanı fərdi elmi yaradıcılıq fəaliyyətləri və planları barədə məlumatlar veriblər.

Qeyd edək ki, mobillik poqramında iştirak edəcək magistratura və doktorantura səviyyələrində təhsil alan 6 tələbə və 1 akademik işçi 28 gün müddətinə layihənin avstriyalı tərəfdaşlarının rəhbərliyi ilə təcrübə və tədqiqat fəaliyyətinə cəlb olunacaqlar.


Digər xəbərlər