Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Azərbaycan tərəfdaşlarının iştirakı ilə menecment görüşü keçirilib

Azərbaycan tərəfdaşlarının iştirakı ilə menecment görüşü keçirilib

04.11.2021     208     Arxiv

Azərbaycan Texniki Universitetində (AzTU) Erasmus + KA2 proqramı çərçivəsində “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistri hazırlığı” (LMQS) layihəsi üzrə növbəti menecment görüşü keçirilib.

Azərbaycandan olan bütün tərəfdaşların iştirakı ilə keçirilən görüşdə layihə üzrə koordinator, Qərbi Attika Universitetinin nümayəndəsi Panos Yannakopoulosun moderatorluğu ilə görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

Müzakirə zamanı yeni açılacaq ixtisaslar üzrə peşə kartlarının və akreditasiya dosyelərinin hazırlanması ilə yanaşı, layihə çərçivəsində avadanlıqların satınalınmasına başlanılması istiqamətində də fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin 5-11 dekabr 2021-ci il tarixlərində Yunanıstanın Afina şəhərində keçiriləcək təlim proqramının mövzuları və əlaqədar təşkilati məsələlər də müzakirə edilib.


Digər xəbərlər