Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başladı

Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başladı

03.04.2019     328     Arxiv

Azərbaycan Texniki Universitetinin (AzTU) prorektoru, professor Sübhan Namazov, Beynəlxalq əlaqələr departamentinin direktoru, dosent Mərziyyə Ağayeva, Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fuad Daşdəmirov Avropa İttifaqının maliyələşdirdiyi və Polşa Texnologiya Universitetinin koordinatoru olduğu "Nəqliyyat servisi üçün böhran və risklər mühəndisliyi (CRENG)" Erasmus+ KA2 layihəsinin ilk toplantısında iştirak etmək  üçün 27-28 fevral 2019-cu il tarixində Polşada ezamiyyətdə olublar. Layihədə 6 ölkənin – Polşa, Almaniya, Fransa, Ukrayna, Azərbaycan və Türkmənistanın universitetləri iştirak edirlər. Layihənin icrasında Azərbaycandan beş tərəfdaş qurum təmsil olunur: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Nəqliyyat Agentliyi.

Layihənin açılışında Azərbaycan Respublikasının Polşa Respublikasında Fövqaladə və Səlahiyyətli səfiri, AzTU-nun məzunu, Həsən Həsənov çıxış edərək, Azərbaycan və Polşa Universitetləri arasındakı əməkdaşlığın yüksək perspektivi olduğunu, bunun üçün lazımi köməkliklərini göstərəcəyini vurğulayıb.

İki günlük toplantıda üç il davam edəcək layihənin məqsəd və vəzifələri, tərəfdaşların layihədəki yeri və rolu, layihənin sonunda əldə olunacaq nəticələr və təşkilati-idarəetmə mövzusunda çıxışlar olub. Tərəfdaş təşkilatların nümayəndələri, o cümlədən AzTU-nun Beynəlxalq əlaqələr departamentinin direktoru, dosent Mərziyyə Ağayeva çıxış edərək, təmsil etdiyi universitet haqqında və layihə ilə bağlı görülən işlər barədə məlumat verib.

Toplantının sonunda Azərbaycan Respublikasının Polşa Respublikasında Fövqaladə və Səlahiyyətli səfiri Həsən Həsənovun təşəbbüsü ilə nümayəndə heyəti Polşanın Varşava şəhərinin bir parkında iki görkəmli hərbçinin - azərbaycanlı Vəli bəy Sadıq bəy oğlu Yadigarov və polyak Maciej Sulejman Sułkiewicz adına ucaldılmış büstü ziyarət edib və həmin şəxslərin həyatı haqqında geniş məlumatlandırılıblar. 


Digər xəbərlər