Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Azərbaycan Texniki Universitetində “YENİ Klub” təsis edilib

Azərbaycan Texniki Universitetində “YENİ Klub” təsis edilib

18.03.2023     517     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) “YENİ Klub”un təsis toplantısı keçirilib.

Əvvəlcə universitetin foyesində müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

Tədbirdə ulu  öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təsis toplantısını giriş nitqi ilə açan AzTU-nun rektoru Vilayət Vəliyev ali təhsil müəssisəsində tələbələrin aktivliyini və onların şəxsi inkişafını dəstəkləyən klubun formalaşdırılmasının mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, “YENİ Klub”un önəmli təşəbbüslər irəli sürərək faydalı layihələr reallaşdıracağına inamını ifadə edib və uğurlar arzulayıb.

Daha sonra AzTU-nun nəzdində formalaşdırılan “YENİ Klub”un rəhbəri Namiq Mustafazadə, koordinatorlar Akif Cəfərzadə, İlahə Əzizova, Leyla Əmiraslanlı, Atabəy Rəşidli təqdimatla çıxış ediblər.

Klub haqqında ətraflı məlumat verən gənclər qeyd ediblər ki, ali təhsil müəssisəsi daxilindəki klub təşkilatlarla birgə fəaliyyət həyata keçirəcək, yarışlar, müsabiqələr, layihələr, təlimlər, xarici dillərdə tədbirlər təşkil edəcək.

Ali təhsil müəssisələrinin nəzdində “YENİ Klub”ların formalaşdırılmasının əhəmiyyətindən bəhs edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qeyd edib ki, klublar tələbələrin şəxsi inkişafını dəstəkləməklə bərabər, onların cəmiyyətdə təşəbbüskar rolunun artırılmasında da mühüm rol oynayacaq.

“YENİ Klub”ların tələbələrin həyatına yeni rəng qatacağını bildirən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bu təşəbbüsün geniş miqyasda gəncləri əhatə edəcəyini və ali təhsil müəssisələrində fəaliyyət göstərən digər tələbə təsisatlarına nümunə olacağını diqqətə çatdırıb.

Qeyd edək ki, YAP Gənclər Birliyinin təşəbbüsü ilə formalaşdırılan “YENİ Klub”ların məqsədi ali təhsil müəssisələrində tələbələrin iştirakı ilə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra digər istiqamətlərdə müxtəlif təşəbbüslərin həyata keçirilməsi, çoxşaxəli layihələrin reallaşdırılmasıdır.  

 


Digər xəbərlər