Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda elmi-praktik konfrans keçirilir

“Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda elmi-praktik konfrans keçirilir

30.11.2022     293     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanda kiber ekosistemin formalaşması” mövzusunda elmi-praktik konfrans keçirilir.

Konfrans “30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü”nə həsr olunan “İnformasiya təhlükəsizliyi günləri” çərçivəsində təşkil olunub. Onlayn formatda təşkil edilən konfransda hər üç universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.

Konfransın açılışında çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev, MDU-nun rektoru Şahin Bayramov və Qazi Universitetinin prorektoru Ramazan Bayındır universitetlər arasında əməkdaşlığın uğurla davam etdirilməsindən məmnun olduqlarını bildiriblər. Qeyd olunub ki, tərəfdaş universitetlərin kibertəhlükəsizliklə bağlı elmi tədbirdə növbəti dəfə bir araya gəlməsi və səylərini birləşdirməsi bu sahənin inkişafında əhəmiyyətli irəliləyişlərin əldə olunacağına əminlik yaradır.

Sonra MDU-nun Mühəndislik fakültəsinin dekan əvəzi dosent Almaz Əliyevanın moderatorluğu ilə konfransın məruzələri dinlənilib. İlk konfrans günündə Qazi Universitetindən professor Ayhan Erdem “Kibertəhlükəsizliyin əhəmiyyəti”, professor Ercan Yılmaz “Nüfuzetmə testləri”, AzTU-nun dosenti Yadigar İmamverdiyev “Sənaye idarəetmə sistemlərinin informasiya təhlükəsizliyi”, İstanbul Gelişim Universitetinin əməkdaşı, GPEN serifikatlı mütəxəssis Serkan Gönen “Kibertəhlükəsizlik üzrə maarifləndirmə”, Rəcəb Tayyib Ərdoğan Universitetinin əməkdaşı Mehmet Sevri “Tətbiq olunan Web təhlükəsizliyi”, MDU əməkdaşı Elçin Tağıyev “Beşinci sənaye inqilabı: rəqəmsal texnologiyalar və süni intellekt”, “TIM Group” şirkətlər qrupunun təsisçisi, ORACLE sertifikatlı mütəxəssis Teymur Hacıyev “DATA sızması: təhdidlər və təhlükələr” mövzusunda məruzlərlə çıxış ediblər.

Daha sonra məruzələr ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

 


Digər xəbərlər