Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da 20 Yanvar faciəsinə həsr olunan xüsusi dərs

AzTU-da 20 Yanvar faciəsinə həsr olunan xüsusi dərs

19.01.2023     340     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Humanitar fənlər kafedrasının müəllimləri tərəfindən 20 Yanvar faciəsinə həsr olunan xüsusi dərs təşkil olunub.

Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev tələbələrə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımıza qarşı törədilən faciə haqqında məlumat verib. O, sovet imperiyasının əliyalın əhaliyə qarşı törətdiyi qanlı qırğın zamanı Vətən övladlarının göstərdiyi qəhrəmanlıqlardan danışıb. Bildirib ki, hər il faciə qurbanlarının anım günündə Şəhidlər xiyabanında böyük izdiham yaşanır. Şəhidlər xiyabanı hər bir azərbaycanlının and yerinə çevrilib. Xalqımız torpaqlarımız uğrunda azadlıq mübarizəsi aparan Vətən övladlarını heç zaman unutmur və unutmayacaq.

Daha sonra çıxış edən kafedranın professorları Qabil Hüseynli və  Əyyub Kərimov də 33 il əvvəl baş verənləri qanlı yanvar gecəsinin şahidləri kimi tələbələrin diqqətinə çatdırıblar. Bildirilib ki, 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində hüquqi-siyasi qiymət məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə verilib.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 


Digər xəbərlər