Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “44 Günlük Dastan” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib

AzTU-da “44 Günlük Dastan” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib

02.11.2022     295     AzTU

 

“44 Günlük Dastan” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş Azərbaycan Texniki Universitetində (AzTU) keçirilib. Qəhrəman qazi və döyüşçülərimizin tələbələr arasında tanıdılması məqsədilə keçirilən görüşdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə AzTU-nun Tələbə Gənclər Təşkilatının (TGT) sədri Eyvəz Məhəmmədli, Böyük Qayıdış Gənclər Təşkilatının İdarə Heyətinin üzvü, Aprel döyüşləri qazisi Əhliyət Mehdiyev çıxış ediblər.
Daha sonra tədbirin qonağı olan Vətən müharibəsi qaziləri Fətulla Nəsirov, Həsən Yaqubov, Cümşüd Zeynalov və Elnur Abbasov keçdikləri döyüş yolu ilə bağlı xatirələrini gənclərlə bölüşüblər.

Panel görüşdən sonra qazilər tələbələrin suallarını cavablandırıblar.


Digər xəbərlər