Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU-da 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib

06.11.2022     536     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib. 

Tədbirdən əvvəl AzTU-nun rektoru Vilayət Vəliyev torpaqlarımızın ərazi bütövlü uğrunda aparılan müharibələrdə iştirak edib şəhidlik zirvəsinə ucalan tələbə və məzunların ailə üzvləri ilə görüşüb. Qeyd edib ki, 8 Noyabr - Zəfər Gününün iki illiyi ərəfəsində AzTU-nun şəhidlik zirvəsinə ucalan tələbə və məzunlarının adları universitetin auditoriyalarına verilib. Rektor bildirib ki, şəhid tələbə və məzunlarımızın adının əbədiləşdirilməsi, onların qəhrəmanlıqlarının gələcək nəsilləri çatdırılması üçün AzTU-da mütəmadi olaraq yeni layihələr həyata keçiriləcək.

Daha sonra universitet rəhbərliyi və şəhid ailələri AzTU-nun Şəhidlər abidəsini ziyarət edib.

8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbədən danışıb. Bildirib ki, Vətən müharibəsi Azərbaycanın hərbi gücünü bütün dünyaya nümayiş etdirdi. Bu müharibədə ilk dəfə müasir texnologiyalardan istifadə olunması hələ uzun illər dünyanın hərbi ekspertlərinin araşdırma mövzusuna çevriləcək.

44 günlük Vətən müharibəsi həm də onu göstərdi ki, ölkələrin inkişafı üçün müdafiə sənayesi sahəsinin inkişafı çox vacibdir. Rektor deyib ki, AzTU-nun regionda müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə universitet olması onun bu istiqamətdə məsuliyyətini daha da artırır. 

Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasından 35 nəfərin şəhidlik zirvəsinə ucaldığını deyən rektor bildirib ki, şəhidlərimizin əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq. AzTU-nun tələbə və məzunları arasından 10 nəfərə Milli Qəhrəman adı verildiyini bildirən Vilayət Vəliyev onlardan ikisinin bu ada sağ ikən layiq görüldüyünü deyib. AzTU-nun məzunu, Milli Qəhrəman Zabit Quliyevin universitetin Zəfər Günü tədbirində iştirak etməsinin qürurverici olduğu diqqətə çatdırılıb. 

Sonra AzTU-nun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan tələbə və məzunlarının valideynləri çıxış edib. 

44 günlük Vətən müharibəsinin iştirakçısı, AzTU SABAH qruplarının radiotexnika və telekommunikasiya ixtisasının III kurs tələbəsi Əli Məhəmmədov da Zəfər Günü ilə bağlı təbriklərini çatdırıb. 

Daha sonra AzTU tələbələrinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. 

Tədbirə Vətən müharibəsi iştirakçısı, gənc ifaçı Əvəzxan Əzizovun ifasında "Vətən yaxşıdır" mahnısı ilə yekun vurulub. 


Digər xəbərlər