Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da ADMİU-nun 100 illik yubileyi qeyd olunub

AzTU-da ADMİU-nun 100 illik yubileyi qeyd olunub

16.11.2023     321     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunan "Yüzillik" adlı konsert keçirilib.

Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, ADMİU-nun rektoru Ceyran Mahmudova, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, millət vəkilləri Anar İsgəndərov və Naqif Həmzəyev, hər iki universitetin müəllim və tələbələri iştirak ediblər.

ADMİU-nun 100 illik yubileyini təbrik edən AzTU-nun rektoru Vilayət Vəliyev universitetin yaranma tarixi və inkişafından danışıb. Bildirib ki, ADMİU-da mədəniyyət və incəsənət sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, milli- mənəvi dəyərlərimizin, mədəni irsimizin gələcək nəsillərə öyrədilməsi istiqamətində  əhəmiyyətli işlər görülür.

Sonra AzTU adından ADMİU-nun rektoruna xatirə hədiyyəsi təqdim olunub. ADMİU-nun rektoru Ceyan Mahmudova qonaqpərvərliyə və universitetin yubileyinin keçirilməsinə göstərdiyi diqqətə görə AzTU-nun rektoruna təşəkkür edib.

Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib. ADMİU-nun müəllim və tələbələrinin ifaları alqışlarla qarşılanıb.

Konsertdən sonra "ADMİU-100 il" adlı auksion keçirilib. AzTU və ADMİU tələbələrinin əl işləri auksiona çıxarılıb. Əl işlərinin satışından əldə olunan gəlir sahiblərinə təqdim olunub.


Digər xəbərlər