Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da CRENG ERASMUS+K2 layihəsi çərçivəsində seminar keçirilib

AzTU-da CRENG ERASMUS+K2 layihəsi çərçivəsində seminar keçirilib

10.02.2020     235     Arxiv

Azərbaycan Texniki Universitetində (AzTU) "Nəqliyyat servisi üçün böhran və risklər mühəndisliyi” (CRENG) ERASMUS+K2 layihəsi çərçivəsində seminar keçirilib.

Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov layihənin əhəmiyyətindən danışıb.

Daha sonra “Nəqliyyat və logistika” fakültəsinin əməkdaşları  - dosentlər Əlləz Əliyev və Azad Babayev, həmçinin müəllim Qəzənfər Axundov "Nəqliyyat servisi üçün böhran və risklər mühəndisliyi” (CRENG) ERASMUS+K2 layihəsi çərçivəsində 12-24 yanvar tarixlərində Fransanın Valansyen Universitetində keçirilən təlimlərlə bağlı iştirakçılara  məlumat verib.

Seminarda “Nəqliyyat logistikası” magistr ixtisaslaşması üzrə tədris olunacaq fənlər haqqında fikir mübadiləsi aparılıb.

Həmçinin layihə çərçivəsində universitetdə CRENG laboratoriyasının yaradılması, laboratoriya üçün avadanlığın və Anylogic proqram təminatının alınması da müzakirə olunub. 

Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.


Digər xəbərlər