Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da DAAD-nin təqaüd proqramları haqqında məlumatlandırma sessiyası keçirilib

AzTU-da DAAD-nin təqaüd proqramları haqqında məlumatlandırma sessiyası keçirilib

15.05.2024     1057     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramları haqqında növbəti məlumatlandırma sessiyası keçirilib. 

Tədbirdə Alman mühəndislik fakültəsinin dekanı Ərəstun Məmmədov DAAD-nin uzunmüddətli əməkdaşlığından, təqaüd proqramlarının mühəndislik ixtisasları üzrə yaratdığı imkanlardan danışıb. 

Daha sonra AzTU-da fəaliyyət göstərən DAAD-nin alman dili müəllimi Klaudio Kasperl Almaniyada təhsil, DAAD-nin fəaliyyəti və təqaüd proqramları, müraciət şərtləri, tələb olunan sənədlər toplusu və seçim meyarları haqqında tələbələrə ətraflı məlumat verib. DAAD-nin bakalavr tələbələri üçün təşkil etdiyi yay məktəbləri və onlara müraciət qaydaları da ətraflı izah olunub.     

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.


Digər xəbərlər