Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da ERASMUS+ “Nəqliyyat xidmətləri üzrə böhran və risk mühəndisliyi” CRENG layihəsi çərçivəsində növbəti görüş keçirilib

AzTU-da ERASMUS+ “Nəqliyyat xidmətləri üzrə böhran və risk mühəndisliyi” CRENG layihəsi çərçivəsində növbəti görüş keçirilib

07.09.2019     258     AzTU

İyulun 8-də Azərbaycan Texniki Universiteti (AzTU), Bakı Mühəndislik Universiteti və Azərbaycan Texnologiya Universitetinin mütəxəssisləri birgə ERASMUS+ “Nəqliyyat xidmətləri üzrə böhran və risk mühəndisliyi” CRENG  layihəsi çərçivəsində magistratura səviyyəsində yeni tədris planının formalaşdırılması üçün AzTU-da növbəti görüş keçiriblər.

Görüşdə AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov görüşün məqsədi ilə bağlı məlumat verib və indiyədək layihə çərçivəsində  görülən işlərdən danışıb.

Müzakirələr zamanı magistratura səviyyəsində “Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili” ixtisası üzrə  “Nəqliyyatın logistikası” ixtisaslaşmasında magistr hazırlığının həyata keçirilməsi  qərara alınıb.

Görüş zamanı tədris planında nəzərdə tutulan fənlər və  onların məzmunu müzakirə edilərək ilkin razılıq əldə edilib.


Digər xəbərlər