Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib

AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib

06.12.2022     410     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının nəzdində yaradılmış “IT Woman Club” və “IT Brains Academy”nin birgə təşkilatçılığı ilə “İT sahəsində ilk addımlar” adlı təlimin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən AzTU-nun rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyev İT, proqramlaşdırma, rəqəmsal marketinq və SMM sahələrinin müasir dövrdə vacibliyindən danışıb. O, bu istiqamətdə təhsil alan, biliklərini daim inkişaf etdirən gənclərə uğurlar arzulayıb.

AzTU SABAH mərkəzinin rəhbəri Aytən Sadıqova tələbələrə yaradılan imkanlardan bəhrələnməyi tövsiyə edib və əldə edəcəkləri biliklərin onların gələcək karyeralarında mühüm rol oynayacağını deyib.

Elm və Təhsil Nazirliyi SABAH İcra Komitəsi rəhbərinin tələbələrlə iş üzrə müavini Sevinc Əliyeva, “IT Brains Academy”nin rəhbəri Orxan Məmmədov universitlərin SABAH qruplarında təhsil alan tələbələr üçün faydalı təlimlərin keçirilməsinə hər zaman şərait yaratdığı üçün AzTU rəhbərliyinə təşəkkür ediblər.

Daha sonra  “IT Woman Club”un yaradıcılarından olan  AzTU SABAH qruplarının üçüncü kurs tələbəsi Sevinc Yaqubzadə təlimin keçirilməsi ilə bağlı müvafiq qaydaları tələbələrin diqqətinə çatdırıb.

 

 


Digər xəbərlər