Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Monqolustan nümayəndə heyəti ilə görüş keçirilib

AzTU-da Monqolustan nümayəndə heyəti ilə görüş keçirilib

17.05.2022     265     Xəbərlər

Ölkəmizə səfər edən Monqolustan Gimnastika Federasiyasının icraçı direktoru və baş katibi,  Monqolustan Elm və Texnologiya Universitetinin professoru Yeruulbat Galbadrakhın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.

Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb.Görüşdə iki universitet arasında bərpa olunan enerji, nəqliyyat və logistika, sənaye, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Monqolustanlı qonaqlar AzTU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Qeyd olunub ki,  universitetlər arasında əməkdaşlıq əlaqələrinin yaranması hər iki ölkənin elm və təhsil sahəsinin inkişafına öz töhfəsini verəcək.


Digər xəbərlər