Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da qurulan “Nar” GSM laboratoriyası yeni avadanlıqlarla təchiz edilib - VİDEO

AzTU-da qurulan “Nar” GSM laboratoriyası yeni avadanlıqlarla təchiz edilib - VİDEO

30.11.2022     370     AzTU

Azərbaycanda İT ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanması məqsədilə Azərbaycan Texniki Universitetində (AzTU) təsis edilmiş “Nar” GSM laboratoriyası yeni avadanlıqlarla təchiz edilib. 

Yeniliklərlə tanış olmaq məqsədilə “Nar” rəhbərliyi universitetin rəhbər heyətilə birgə laboratoriyanı ziyarət edib və faydalı əməkdaşlığı daha da genişləndirmək barədə müzakirələr aparıb. Müxtəlif mobil rabitə cihazları ilə təchiz edilmiş laboratoriyada tələbələr sərbəst şəkildə lokal mobil şəbəkə yaradaraq telekommunikasiyanı təcrübədə öyrənirlər. 

“Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) Baş icraçı direktoru Qunnar Panke AzTU tələbələrinə verdiyi dəyərə görə rektor Vilayət Vəliyevə təşəkkür edib. ““Nar” olaraq mobil rabitə sahəsində sahib olduğumuz bilikləri texniki ixtisaslar üzrə təhsil alan tələbələrlə paylaşaraq onların peşəkar mobil rabitə mütəxəssisləri kimi yetişməsini qarşımıza hədəf qoymuşuq. Bu mənada universitetinizdə həyata keçirdiyimiz layihələr ümumilikdə Azərbaycanın rabitə bazarı üçün əhəmiyyət kəsb edir” – deyə Qunnar Panke bildirib. 

Göstərdiyi dəstəyə görə mobil operatora minnətdarlığını bildirən AzTU-nun rektoru Vilayət Vəliyev “Nar” GSM laboratoriyasının universitet üçün əhəmiyyətini vurğulayıb: “Laboratoriyadakı cihazlarla işləyən tələbələr öz nəzəri biliklərini təcrübədə öyrənmək imkanı əldə edir. Laboratoriyada qazandıqları təcrübi biliklər yaxın gələcəkdə tələbələrin karyerasında mühüm rol oynayacaq və onlar universitetimizdən məzun olduqdan sonra qısa müddət ərzində rabitə sahəsinin peşəkarları olacaqlar.”

Qeyd edək ki, “Nar” GSM laboratoriyası 2013-cü ildə “Nar” və AzTU arasında imzalanmış memorandum əsasında fəaliyyət göstərir.

 


Digər xəbərlər