Azərbaycan Texniki Universitetində (AzTU) “SABAH Magistratura” proqramının Logistika və nəqliyyat ixtisaslaşması çərçivəsində 2022/2023-cü tədris ilinin payız və yaz semestrləri üzrə müəllimlərin işə qəbuluna başlanılıb. Müvafiq sahədə təcrübəsi olan müəllimlərin qəbulu aşağıdakı fənlər istiqamətində aparılır:
Payız semestri:
· Xarici dil – I (məşğələ - 45 saat)
· “Python”da proqramlaşdırma (mühazirə - 30 saat, məşğələ - 15 saat)
· Əməliyyatların tədqiqi (mühazirə - 30 saat, məşğələ - 15 saat)
· Təchizat zəncirlərinin idarə olunmasına giriş (mühazirə - 30 saat)
· Statistika (mühazirə - 30 saat, məşğələ - 15 saat)
· Logistika sistemlərində və təchizat zəncirlərində simulyasiyalar (mühazirə -
15 saat, məşğələ - 15 saat, laboratoriya - 15 saat)
· Əməliyyatların idarə olunması (mühazirə - 30 saat, məşğələ - 15 saat)
· Satınalma və gömrük (mühazirə - 30 saat, məşğələ - 15 saat)
· Risklərin idarə olunması (mühazirə - 30 saat, məşğələ - 15 saat)
· Təchizat zənciri idarəçiləri üçün maliyyə (mühazirə - 30 saat, məşğələ - 15 saat)
Yaz semestri:
· Xarici dil – II (məşğələ - 45 saat)
· Anbar ehtiyatlarının idarə olunması (mühazirə - 30 saat, məşğələ - 15 saat)
· Akademik yazı və tədqiqat üsulları (mühazirə - 30 saat)
· Nəqliyyat prosesi və nəqliyyat növləri (mühazirə - 30 saat)
· Logistika sistemlərində riyazi modelləşdirmə (mühazirə - 30 saat, məşğələ - 15 saat)
· Logistika sistemlərində proqram təminatları (mühazirə - 30 saat, məşğələ - 15 saat)
Namizədlərə əsas tələblər aşağıdakılardır:
· Logistika və nəqliyyat, nəqliyyatda daşımaların təşkili, nəqliyyat texnologiyaları, iqtisadiyyat, statistika, biznesin idarə olunması, maliyyə, mühəndislik, informasiya və kommunikasiya texnologiyaları sahələrində ən azı magistr dərəcəsinin olması;
· Ən azı 1 illik pedaqoji təcrübənin olması;
· Axşam saatlarında (18:30-21:30 aralığı) tədris aparmaq imkanının olması;
QEYD: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.
Maraqlanan şəxslər CV, diplomun surəti və iddia etdikləri fənn yaxud fənlər üzrə yuxarıda təqdim olunan nümunəyə uyğun sillabus hazırlayıb 17 avqust 2022-ci il saat 17:00-dək cv@aztu.edu.az, ibs_sm@aztu.edu.az və elzaminquliyev@aztu.edu.az elektron ünvanlarına göndərə bilərlər.
Namizədlər iddia etdikləri fənn yaxud fənlərin adları barədə məktubda məlumat verməlidir.