Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “Sağlam olaq – Donor olaq” adlı tədbir keçirilib

AzTU-da “Sağlam olaq – Donor olaq” adlı tədbir keçirilib

28.10.2022     394     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin təşkilatçılığı, Talassemiya Mərkəzi və Mərkəzi Qan Bankının birgə dəstəyi ilə “Sağlam olaq – Donor olaq” adlı maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsul, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, həmçinin Talassemiya Mərkəzinin həkim-hematoloqu Sevinc Nəbiyeva, Mərkəzi Qan Bankının həkimi Fəridə Məmmədova mövzu ətrafında çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin əsas məqsədi müvafiq dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, həmçinin ölkəmizdə qan donorluğu ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir.

Tədbirin sonunda suallar cavablandırılıb.  


Digər xəbərlər