Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da səhiyyədə keyfiyyət menecmenti üzrə yeni ixtisaslaşma açılacaq

AzTU-da səhiyyədə keyfiyyət menecmenti üzrə yeni ixtisaslaşma açılacaq

17.09.2021     206     Arxiv

Erasmus+ KA2 proqramı çərçivəsində yerinə yetirilən “Rusiya Federasiyası, Qazaxstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistri hazırlığı” (LMQS) layihəsi çərçivəsində növbəti onlayn görüş təşkil edilib. Müzakirələr layihə üzrə koordinator universitet olan Qərbi Attika Universitetinin işçi komandası ilə Azərbaycan Texniki Universitetinin (AzTU) işçi komandası arasında keçirilib. Görüşdə Səhiyyə Nazirliyinin analitik ekspertiza mərkəzinin nümayəndəsi də iştirak edib.

Müzakirələrdə layihə çərçivəsində AzTU-da bakalavr və magistratura səviyyələrində yerinə yetiriləcək ixtisasların adları müəyyən edilib və bu istiqamətində universitetdaxili görüləcək işlər diqqətə çatdırılıb. 

Qeyd edilib ki, layihə çərçivəsində AzTU-da səhiyyədə keyfiyyət menecmenti ixtisaslaşması açılacaq.

Görüş zamanı 2021-ci ilin dekabrında layihə tərəfdaşlarının rəhbər işçiləri üçün keçirilməsi nəzərdə tutulan strateji təlimlərin təşkili ilə bağlı müzakirələr aparılıb və hazırlıqlara başlanılması üçün müvafiq təlimatlar verilib.   


Digər xəbərlər