Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan elmi-texniki konfrans keçirilir

AzTU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan elmi-texniki konfrans keçirilir

25.05.2023     568     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tələbə və gənc tədqiqatçıların "Mütərəqqi texnologiyalar və innovasiyalar" mövzusunda Vll respublika elmi-texniki konfransı işinə başlayıb.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçılarını salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, konfransa AzTU və 50-dək müxtəlif təşkilat və universitetlərdən 500-ə yaxın elmi məruzə daxil olub. Rektor konfransın Ulu Öndərin 100 illiyinə həsr olunmasının xüsusilə əhəmiyyətli olduğunu və Ümummilli Liderin gənclərin inkişafı üçün  daim yüksək şərait yaratdığını vurğulayıb. Bildirib ki, konfransda müzakirə olunacaq mövzular gənclərin tədqiqat işlərinə daha ciddi cəlb olunması baxımından faydalı olacaq.  

Daha sonra AzTU-nun tələbəsi Orxan Mustafaoğlu, Milli Aerokosmik Agentliyinin Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun şöbə rəisi, gənc tədqiqatçı Sevinc Bəşirova, AzTU-nun doktorantı Nadir Atayev, Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Seyfəddin Orucov konfransda geniş təqdimatla çıxış ediblər.     

İki gün davam edəcək konfrans işini bölmə iclasları ilə davam etdirir. 

 


Digər xəbərlər