“Bakı Telefon Rabitəsi” MMC təhsilin inkişafına dəstək məqsədilə Korporativ Sosial Məsuliyyət layihəsi həyata keçirir.
Layihə çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) genişzolaqlı internet texnologiyasını dəstəkləyən müasir avadanlıqlarla təchiz olunan virtual tələbə laboratoriyası fəaliyyətə başlayıb.
Genişzolaqlı internetlə təmin edilən laboratoriyada tələbələr elmi-tədqiqatlar apara, müxtəlif sınaq və təcrübə prosesləri həyata keçirə biləcəklər.
Məqsəd İT ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanması üçün universitetdaxili tədqiqat və inkişaf mərkəzlərinin formalaşdırılması, eləcə də yeni növ tələblərə cavab verən genişzolaqlı internet texnologiyasını dəstəkləyən texniki avadanlıqların tətbiq imkanlarının artırılmasının təmin edilməsidir.