Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Xocalı soyqırımına həsr olunan elmi seminar keçirilib

AzTU-da Xocalı soyqırımına həsr olunan elmi seminar keçirilib

24.02.2023     282     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar elmi seminar keçirilib. Tədbirdə çıxış edən Humanitar fənlər kafedrasının müdiri  Həbib Mirzəyev bildirib ki, Xocalı soyqrımı ermənilərin bəşəriyyətə, insanlığa qarşı törətdiyi ən dəhşətli cinayət hadisəsidir. Əsrlər boyu ermənilərin xalqımızın başına gətirdiyi faciələri, Azərbaycan torpaqlarına yönələn çirkin niyyətlərini, təcavüzkar əməllərini unutmamalıyıq.

Daha sonra Humanitar fənlər kafedrasının professoru Əyyub Kərimov bu dəhşətli faciənin baş verməsinin səbəblərini tarixi faktlarla açıqlayıb. Qeyd edib ki, ermənilər öz mənfur və təhlükəli siyasətlərini gerçəkləşdirmək üçün müxtəlif üsul və vasitələrdən, tarixin saxtalaşdırılmasından, siyasi təxribatlardan istifadə edib. Bu baxımdan xalq olaraq həmişə ayıq-sayıq olmalı, tariximizi dərindən öyrənməli,  elmi biliklərə mükəmməl şəkildə yiyələnməli,  milli-mənəvi dəyərlərimizə böyük hörmət və ehtiram göstərməliyik.

Sonda tələbələrin ifasında Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş etdirilib.

 


Digər xəbərlər